Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

AzerGold

Defektoskopiya mühəndisi

AzərbaycanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Avadanlıq və konstruksiyaların texniki vəziyyətinin defektoskopik üsullarla yoxlanılmasını həyata keçirmək; Ultrasəs, maqnit-toz, kapilyar, vizual və digər tətbiq olunan dağıdıcı olmayan nəzarət (NDT) üsullarından istifadə etməklə qüsurları aşkar etmək; Metal konstruksiyalarda, qaynaq birləşmələrində, boru kəmərlərində, çənlərdə və digər avadanlıqlarda çat, korroziya, məsamə və digər qüsurları müəyyən etmək; Çən və digər avadanlıqların divar qalınlığını ultrasəs qalınlıqölçən cihazlarla ölçmək; Qaynaq birləşmələrinin keyfiyyətinə texniki nəzarəti həyata keçirmək; Defektoskopiya nəticələrini təhlil etmək və texniki hesabatlar hazırlamaq; Aşkar edilmiş qüsurların ölçülərini, yerləşmə koordinatlarını və xarakterini sənədləşdirmək; İstifadə olunan ölçü və nəzarət cihazlarının sazlığının və metrologiya tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək; Defektoskopiya işlərini müvafiq standart, normativ sənəd, istehsalçı tələbləri və müəssisədaxili prosedurlara uyğun aparmaq; Tələblər Müvafiq qanunvericilik aktları və normalarını; Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ); Dağıdıcı olmayan nəzarət (NDT) metodlarını və onların tətbiqi qaydalarını; Ultrasəs qalınlıqölçmə və defektoskopiya cihazlarının iş prinsiplərini və istifadə qaydalarını Qaynaq birləşmələrində və metal konstruksiyalarda qüsurların müəyyən edilməsi üsullarını; Qüsur və nasazlıqların aradan qaldırılması üçün bu avadanlıqlara aid texniki məlumatları ingilis dilindən oxumaq və lazımlı tədbirlərin görülməsi üçün nəticələr çıxarmaq bacarığı; AutoCAD, Primavera və digər planlama proqramlarında işləmək bacarığı; UT- sertifikat level 1 və ya level 2 MPİ- sertifikat level 1 və ya level 2 Ali təhsil (Mexanika, maşınqayırma, materialşünaslıq, qaynaq, texniki diaqnostika və ya uyğun mühəndislik istiqaməti üzrə ali təhsil). Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (Avadanlıqların diaqnostikası üzrə mühəndis, qaynaq işləri üzrə mühəndis, materialşünaslıq və metallurgiya üzrə mühəndis, eləcə də avadanlıqların texniki müayinəsi, qüsurların aşkarlanması (defektoskopiya), mexanika və digər əlaqəli texniki sahələr üzrə) Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.