Vakansiya haqqında
Əsas vəzifələr
Bekoloderi təhlükəsiz və səmərəli idarə etmək.
Tikinti ərazisində torpaq, kanal, drenaj və digər işləri yerinə yetirmək.
Texnikanın gündəlik baxışını aparmaq.
Yanacaq və texniki mayelərin sərfiyyatına nəzarət etmək.
İş bitdikdən sonra texnikanı təmiz və saz vəziyyətdə təhvil vermək.
Tələblər
Bekaloder/JCB texnikasının idarə olunması üzrə minimum 3 il iş təcrübəsi;
Bekaloderin bütün funksiyalarını — qazma, yükləmə, torpaq hamarlama, materialların daşınması və s. — peşəkar səviyyədə yerinə yetirmək;
Müvafiq texnika idarəetmə sənədinə/sertifikatına malik olmaq;
Texnikanın gündəlik texniki vəziyyətini yoxlamağı bacarmaq;
Yağ, hidravlik sistem, təkərlər, akkumulyator və digər əsas hissələrə ilkin nəzarət edə bilmək;
Nasazlıqları vaxtında müəyyən edib rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
İş zamanı texnikaya və ətraf ərazilərə zərər vermədən işləmək;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
