Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Prime Line

İnsan Resursları üzrə Menecer

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin insan resursları strategiyasının və HR proseslərinin təşkili və idarə olunmasını təmin etmək; Vakansiyalar üzrə işçi tələbatını müəyyənləşdirmək, namizədlərin axtarışını, seçimini və ilkin qiymətləndirilməsini həyata keçirmək; Müsahibələri təşkil etmək, namizədlərlə görüşlər keçirmək və uyğun namizədlərin rəhbərliyə təqdim olunmasını təmin etmək; İşçilərin əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi, xitam, məzuniyyətlər və digər kadr əməliyyatlarını qanunvericiliyə uyğun ƏMAS üzərindən həyata keçirmək; İSB sistemində müvafiq əməliyyatların aparılmasını və məlumatların düzgünlüyünü təmin etmək; İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək, nəticələri təhlil etmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək; HR hesabatlarını hazırlamaq, kadr dövriyyəsi, işə qəbul müddəti, davamiyyət və digər göstəricilər üzrə rəhbərliyə məlumat təqdim etmək; Ezamiyyətlər zamanı müxtəlif tikinti obyektlərində kadr ehtiyaclarının, işçi davamiyyətinin və əmək intizamının yoxlanılmasında iştirak etmək; HR proseslərinin təkmilləşdirilməsi və kadr idarəetməsi üzrə daxili prosedurların hazırlanması və tətbiqini təmin etmək. Tələblər Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə təhsil arzuolunandır); HR sahəsində minimum 3 il iş təcrübəsi; Tikinti sektorunda iş təcrübəsi üstünlükdür; Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Analitik düşünmə, ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları; Ezamiyyətlərə açıq olmaq və zərurət yarandıqda bölgələrə səfər etmək imkanı. İş qrafiki: 5 günlük iş həftəsi; Əməkhaqqı: 1 500–2 000 AZN net (namizədin bilik və bacarıqlarına, eləcə də iş təcrübəsinə uyğun olaraq); İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.