Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

SOCAR Downstream Management

Proses təhlükəsizliyi üzrə aparıcı mühəndis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihələrin erkən mərhələsindən başlayaraq SƏTƏMM və Proses Təhlükəsizliyi tələblərinin inteqrasiyasına dəstək olmaq, təhlükəsizlik üzrə dizayn fəlsəfəsinin formalaşdırılmasında iştirak etmək; Fire Hazardous Area Classification (FHAC) və Hazardous Area Classification (HAC) işlərini aparmaq, zonalaşdırma (Zone 0/1/2, temperature class, gas group) üzrə texniki əsaslandırmalar hazırlamaq; Proses Təhlükələri Analizi (PHA) metodologiyalarını tətbiq etmək: What-if, HAZOP, LOPA, SIL təyini və SIL verification və bu analizlər nəticəsində müəyyən edilmiş tədbirlərin izləmək; Təhlükəsizlik funksiyaları üçün Safety Instrumented Systems (SIS) dizaynına dəstək olmaq; SIL tələblərinə uyğunluğun yoxlamaq və verifikasiyasını həyata keçirmək; Layihə sənədlərini (P&ID, Cause & Effect diaqramları, Safety Layout-lar, datasheet-lər və s.) proses təhlükəsizliyi baxımından texniki yoxlamaq və rəy vermək; Təhlükəsizlik sistemlərinin baypası zamanı SORA (Safety Override Risk Assessment) prosesində iştirak etmək və risklərin idarə olunmasına nəzarət etmək; Fire protection və gas detection sistemlərinin yerləşdirilməsi və dizayn prinsiplərinin müəyyən olunmasına dəstək olmaq; Multi-discipline komandalarla (Process, Mechanical, Electrical, Instrumentation, Layout) sıx əməkdaşlıq edərək təhlükəsizlik tələblərinin dizayna düzgün inteqrasiyasını təmin etmək; Layihələrin müxtəlif mərhələlərində (Concept, FEED, Detailed Design) risk əsaslı texniki qərarların qəbulunda iştirak etmək; PSSR (Pre-Startup Safety Review) proseslərində iştirak edərək layihədən əməliyyata keçid zamanı təhlükəsizlik uyğunluğunu təmin etmək; Proses təhlükəsizliyi hadisələri üçün RCA (Root Cause Analysis) proseslərində iştirak etmək və əldə olunan nəticələrin gələcək dizaynlara tətbiqini təmin etmək; Gənc proses təhlükəsizliyi mühəndislərinə mentorluq etmək və texniki inkişaflarına dəstək olmaq. Tələblər Bakalavr dərəcəsi (Kimya mühəndisliyi və ya bu istiqamətdə digər ixtisaslar üzrə); Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi; İngilis dili - B2 səviyyədə; Sahə üzrə peşəkar sertifikatların olması üstünlükdür (TÜV Functional Safety, NFPA, NEBOSH və ya PHA üzrə sertifikatlar - HAZOP/LOPA).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.