Vakansiya haqqında
Əsas vəzifələr
SDM-in Bütünlük və Etibarlılıq Rəhbərliyi və TN meneceri tərəfindən müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi;
Mövcud qaydalar, sənayenin ən yaxşı təcrübələri, beynəlxalq norma və standartlara əsaslanaraq etibarlılıq fəaliyyətinin həyata keçirilməsi;
Müvafiq qeyd və məlumatların dolğun və düzgün rəsmiləşdirilməsinin aparılması, auditlərə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisin dəstəklənməsi;
Təkmilləşdirmə və inkişaf üçün verilən təkliflərin icra edilməsi;
Aktivlərin imkanları, keyfiyyət və istehsal sahəsində məqsədlərinə nail olunmasını təmin etmək üçün böyük mühəndisin dəstəklənməsi;
SDM-in sahələrində istismar edilən avadanlıqların texniki vəziyyətinin keyfiyyətinə nəzarət üzrə işlərin yerinə yetirilməsinin təmin edilməsi;
İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılması üzrə cədvəllərin tərtib edilməsi;
Təsdiq edilmiş cədvəllər əsasında avadanlıqlarda müvafiq yoxlamaların aparılması, yoxlama və çıxdaş aktlarının tərtib edilməsi;
Avadanlıqların təmiri zamanı qüsur cədvəllərində təmir işlərinin həcminin yoxlama və çıxdaş aktlarına uyğunluğuna nəzarət edilməsi;
Avadanlıqların pasportlarının tərtib edilməsinə, düzəliş və əlavələrin vaxtında aparılmasına nəzarət edilməsi;
Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edilməsi və texniki sənədlərin düzgünlüyünə və dolğunluğuna nəzarət edilməsi;
Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatının aparılması, texniki baxış və yoxlamaların həyata keçirilməsi;
Avadanlıqlarda baş vermiş qəza vəziyyətlərinin və nasazlıqların xüsusi jurnallarda qeydiyyatının aparılmasına nəzarət edilməsi;
Avadanlıqlarda aparılan yoxlama və müayinələrin nəticələri əsasında onların istismara yararlılığı barədə rəy verilməsi;
Aşkar edilmiş nöqsanlar haqqında verilmiş rəy və təkliflərin vaxtında yerinə yetirilməsinin yoxlanılması və nəticələr barədə böyük mühəndisə məlumat verilməsi;
Sobaların bütün elementlərinin məsul şəxslərlə birlikdə keyfiyyətinin yoxlanılması və müvafiq qaydada sənədləşdirilməsi;
Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulların öyrənilməsi və istehsalata tətbiq edilməsi;
Tələblər
Ali texniki təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
API 510, API 570 və API 653 beynəlxalq sertifikatlarına malik olmaq;
İngilis dilini peşəkar səviyyədə (Professional Proficiency) bilmək;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
