Vakansiya haqqında
Əsas vəzifələr
Müştəri yol xəritəsinin (journey) bütün mərhələlərini planlamaq, optimallaşdırmaq və Çarpaz-satış (Cross-Sell), əlavə satış (Up-Sell) satış fəaliyyətləri, müştəri itkisini qabaqcadan müəyyən etmək və riskli müştərilərin sayını azaltmaq üçün strategiyalar hazırlamaq
Maşın öyrənməsi və süni intellekt modellərindən istifadə etməklə təklif və kampaniya optimallaşdırılması.
Müxtəlif bazar seqmentlərində gəlirləri artırmaq üçün fərdiləşdirilmiş kampaniyalar, təkliflər və sadiqlik (loyalty) proqramları yaratmaq
Kampaniya nəticələrini ölçmək (gəlir, xərc, abunə, ARPU və s.), rəy vermək və təkmilləşdirmək
İnovativ həllər və yeni fürsətlər müəyyənləşdirmək üçün daxili və xarici tərəfdaşlarla əməkdaşlıq etmək
Müştərilərin interaktivliyini artırmaq və loyallığı gücləndirmək üçün gamification yanaşmalarını həyata keçirmək
Müştəri bazasına dair təhlilləri şərh etmək, biznes planları hazırlamaq və müvafiq bazar seqmentlərini dəstəkləmək
SMS, push, telesales, IVR, e-mail və s. kanallar üzrə koordinasiya və kanal performansının təhlili.
Real vaxtda baş verən hadisələrə əsaslanan kampaniyaların planlaşdırılması və idarə olunması.
Komanda ilə birlikdə işləyərək müştəri dəyərlərini artırmağa yönəlmiş qabaqcıl metodları tətbiq etmək
Departamentlərarası əməkdaşlıq apararaq marketinq, məhsul inkişafı və müştəri xidməti funksiyaları ilə əlaqədə olmaq
Tələblər
Müştəri seqmentləşdirilməsi, müştəri davranışı və müştəri səyahəti (customer journey) üzrə anlayışlar
Marketinq avtomatlaşdırma alətləri, kampaniya idarəetməsi və CRM sistemləri ilə tanışlıq
Fərdiləşdirilmiş ssenarilər və müştəri dəyərləndirmə metodologiyaları haqqında biliklər
Minimum 3 illik iş təcrübəsi (CVM, CRM və ya analitik sahəsində olanlara üstünlük verilir)
Yüksək analitik düşüncə, müştəri və komanda yönümlü olmaq, çevik qərar vermək, güclü ünsiyyət və təqdimat bacarıqları
Excel istifadə bacarığı (Power Query, Power Pivot bacarıqları üstünlükdür).
Statistik təhlil alətlərində və proqramlarında hər hansında (məsələn, SQL, Python) işləmək bacarığı üstünlükdür.
Telekommunikasiya bazarı və rəqabət mühiti üzrə dərin anlayış, CLTV, churn, NPS kimi metriklərlə işləmə bacarığı.
Məlumat əsaslı qərarvermə və kommersiya təsiri analizi üzrə təcrübə.
AI/ML üzrə biliklər və ya bu sahədə layihə təcrübəsi (churn prediction, offer scoring, propensity modeling və s.).
Çoxsaylı kampaniyaları idarə etmək və müəyyən edilmiş müddət ərzində başa çatdırmaq qabiliyyəti ilə yanaşı güclü təşkilati bacarıqlar.
Telekommunikasiya sahəsində bazar dinamikası, rəqabət mühiti və tendensiyalar barədə biliklər üstünlükdür.
Biznes sahibləri, məhsul və marketinq komandaları ilə effektiv işləmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
