Vakansiya haqqında
Əsas vəzifələr
Strategiya və Planlama: HoReCa kanalının satış strategiyasının hazırlanması, satış hədəflərinin müəyyənləşdirilməsi və icrasının təmin edilməsi;
Satış və İnkişaf: Yeni HoReCa müştərilərinin və tərəfdaşlarının cəlb edilməsi, mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi;
Komandaya Rəhbərlik: Satış komandası və sahə əməkdaşlarının fəaliyyətinin koordinasiyası və idarə olunması;
Məhsul və Bazar Analizi: Şirkətin məhsul portfelinin (donmuş və çörək məhsulları) HoReCa seqmentində düzgün mövqeləndirilməsi, rəqib və bazar analizlərinin aparılması;
Hesabatlılıq: Satış planlarının icrasına nəzarət olunması və nəticələr üzrə mütəmadi hesabatların hazırlanması.
Tələblər
HoReCa, FMCG (xüsusilə qida və un məmulatları) və ya distribusiya sahəsində minimum 3 il iş təcrübəsi;
HoReCa satış kanalı üzrə dərin anlayış və satış komandalarının idarə olunması təcrübəsi;
İdarəetmə: Güclü danışıqlar aparmaq, müştəri münasibətlərini idarə etmək və analitik düşünmə bacarığı;
Texniki bacarıqlar: MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə;
Azərbaycan dili səlis (Rus və/və ya İngilis dili biliyi arzuolunandır);
Regionlar üzrə aktiv hərəkətlilik və ezamiyyətlərə hazır olmaq.
Nahar və servis təminatı;
Könüllü tibbi sığorta;
Korporativ nömrə və danışıq limiti;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
