Vakansiya haqqında
Əsas vəzifələr
Əməkhaqqı, mükafat, əlavələr, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin qüvvədə olan qaydalara uyğun hesablanmasında iştirak etmək;
İş vaxtının uçotu cədvəllərini, əmrləri və əməkhaqqının hesablanmasına əsas verən digər sənədləri yoxlamaq;
Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər tutulmaların düzgün hesablanmasını təmin etmək;
Əməkhaqqı üzrə məlumatları informasiya sisteminə daxil etmək, dəyişiklikləri vaxtında və düzgün əks etdirmək;
Əməkhaqqı fondunun icrası, faktiki ödənişlər və kənarlaşmalar üzrə dövri hesabatlar hazırlamaq;
Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini araşdırmaq və səlahiyyət çərçivəsində cavablandırmaq;
Maliyyə və aidiyyəti struktur bölmələri ilə əməkhaqqı məlumatlarının uzlaşdırılmasını həyata keçirmək;
Əməyin ödənilməsi üzrə sənədlərin sistemləşdirilməsini, saxlanmasını və məxfiliyini təmin etmək, gündəlik operativ tapşırıqları icra etmək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, insan resurslarının idarə edilməsi, idarəetmə və ya əlaqəli sahə üzrə üstünlükdür);
Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
Əmək qanunvericiliyi, əməyin təşkili və normalaşdırılmasının əsas prinsipləri barədə bilik;
İş proseslərinin və iş yükünün təhlili, hesabat hazırlanması bacarığı;
MS Excel proqramında sərbəst işləmə, böyük həcmli məlumatları sistemləşdirmə və təhlil etmə bacarığı;
Komanda ilə işləmə və nəticəyönümlülük;
Analitik düşünmə və problem həll etmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
