Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

SOCAR Upstream MI LLC

Proqram və təşəbbüslərin idarəedilməsi üzrə ekspert hashtag

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Təyin edilmiş strateji layihələrin, transformasiya proqramlarının və xüsusi təşəbbüslərin planlaşdırılması, koordinasiyası və icrasına dəstək göstərmək İnteqrasiya olunmuş layihə planlarını, mərhələləri, qarşılıqlı asılılıqları, risk və tədbir reyestrlərini hazırlamaq və yeniləmək Razılaşdırılmış tədbirlərin icrasını izləmək, gecikmələri müəyyən etmək və həll variantları barədə rəhbərliyə məlumat vermək PMO alətlərinin, hesabatlılıq və fəaliyyət göstəricilərinin monitorinqi mexanizmlərinin hazırlanmasında və tətbiqində iştirak etmək Rəhbər Komitə, İcra Komitəsi və digər idarəetmə görüşləri üçün gündəlik, status hesabatları və təqdimatlar hazırlamaq Risk, problem, qərar və tədbir reyestrlərini aparmaq, icra vəziyyətini izləmək və eskalasiya tələb edən məsələləri vaxtında bildirmək Məlumat arayışları, təqdimatlar, analitik sənədlər, dashboard-lar, status hesabatları və qərarvermə materialları hazırlamaq Konsaltinq şirkətləri və tərəfdaşlar tərəfindən təqdim edilən hesabatların, maliyyə və əməliyyat modellərinin, metodologiyaların və tövsiyələrin təhlilini aparmaq; fərziyyələri qiymətləndirmək və aşkar edilmiş boşluqlar üzrə təkliflər hazırlamaq Business case, icra yol xəritəsi, fəaliyyət planı və alternativ həll variantlarının hazırlanmasında iştirak etmək, həmçinin təşkilati təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və əsaslandırılmış tövsiyələr hazırlamaq Rəqəmsallaşma, avtomatlaşdırma, proseslərin optimallaşdırılması və institusional inkişaf təşəbbüslərinin təhlilinə töhfə vermək Tələblər Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, menecment, mühəndislik, dövlət idarəçiliyi və ya əlaqəli sahə üzrə ali bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür) Layihə koordinasiyası, PMO, biznes təhlili, təşkilati inkişaf, rəqəmsallaşma və ya oxşar sahələrdə minimum 7 il iş stajı PMP, CAPM, PRINCE2 və ya layihələrin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır Layihə planlarının, risk və fəaliyyət reyestrlərinin, status hesabatlarının və idarəetmə təqdimatlarının hazırlanması üzrə təcrübə Layihə idarəetmə metodologiyaları və PMO alətləri haqqında praktiki bilik MS Excel və PowerPoint proqramlarında yüksək iş bacarığı; Power BI və digər vizuallaşdırma alətləri üzrə bilik üstünlükdür. Məlumatların təhlili, benchmarking, business case və əsas maliyyə/əməliyyat modelləri ilə işləmək bacarığı Proseslərin xəritələndirilməsi, sənədləşdirilməsi və KPI monitorinqi üzrə baza biliklər Analitik düşüncə, problem həlli və detallara diqqət Layihə koordinasiyası, vaxtın idarə edilməsi və təşkilatçılıq Yüksək səviyyəli işgüzar kommunikasiya bacarıqları Müraciət üçün son tarix: 22.10.2026

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.