Vakansiya haqqında
Vaxt və təqvim Rəhbərin gündəlik, həftəlik və aylıq təqvimini aparmaq; görüş, zəng və tədbirləri prioritetlərə uyğun planlaşdırmaq, təsdiqləmək və yenidən təyin etmək; vacib tarixləri və son müddətləri vaxtında xatırlatmaq.Tapşırıqların icra nəzarəti (bu rolun mərkəzi hissəsidir) Şöbə rəhbərlərinə və əməkdaşlara verilən tapşırıqları vahid siyahıda aparmaq, icra müddətlərinə nəzarət etmək, gecikən və gözləmədə olan işlər barədə müntəzəm məlumat vermək.Görüşlər Daxili və xarici görüşləri (şirkətlər, dövlət qurumları, banklar, tərəfdaşlar) təşkil etmək; gündəlik və sənədləri hazırlamaq, iştirakçılar haqqında qısa brifinq vermək; protokol aparmaq, nəticələri konkret tapşırıqlara çevirmək və follow-up etmək.Yazışma və sənəd dövriyyəsi Rəhbər adından rəsmi məktublar və cavablar hazırlamaq (AZ / RU / EN); imzaya təqdim olunan sənədləri hazırlamaq və yoxlamaq; müqavilə və razılaşmaların arxivini nizamlı saxlamaq; məxfi sənədlərlə məxfilik qaydalarına uyğun işləmək.Təqdimat və hesabatlar Təqdimatlar, brifinq vərəqləri və hesabatlar hazırlamaq; şöbələrdən məlumat toplayaraq həftəlik və aylıq xülasələr tərtib etmək.İnzibati dəstək Səfərləri (bilet, otel, viza, proqram) planlaşdırmaq və xərcləri qeydə almaq; iclaslar və korporativ tədbirlərin təşkilində iştirak etmək; tərəfdaş və müştərilərin əlaqə bazasını aktual saxlamaq.
Əsas vəzifələr
Rəhbərin gündəlik, həftəlik və aylıq təqvimini aparmaq; görüş, zəng və tədbirləri prioritetlərə uyğun planlaşdırmaq, təsdiqləmək və yenidən təyin etmək; vacib tarixləri və son müddətləri vaxtında xatırlatmaq.
Şöbə rəhbərlərinə və əməkdaşlara verilən tapşırıqları vahid siyahıda aparmaq, icra müddətlərinə nəzarət etmək, gecikən və gözləmədə olan işlər barədə müntəzəm məlumat vermək.
Daxili və xarici görüşləri (şirkətlər, dövlət qurumları, banklar, tərəfdaşlar) təşkil etmək; gündəlik və sənədləri hazırlamaq, iştirakçılar haqqında qısa brifinq vermək; protokol aparmaq, nəticələri konkret tapşırıqlara çevirmək və follow-up etmək.
Rəhbər adından rəsmi məktublar və cavablar hazırlamaq (AZ / RU / EN); imzaya təqdim olunan sənədləri hazırlamaq və yoxlamaq; müqavilə və razılaşmaların arxivini nizamlı saxlamaq; məxfi sənədlərlə məxfilik qaydalarına uyğun işləmək.
Təqdimatlar, brifinq vərəqləri və hesabatlar hazırlamaq; şöbələrdən məlumat toplayaraq həftəlik və aylıq xülasələr tərtib etmək.
Səfərləri (bilet, otel, viza, proqram) planlaşdırmaq və xərcləri qeydə almaq; iclaslar və korporativ tədbirlərin təşkilində iştirak etmək; tərəfdaş və müştərilərin əlaqə bazasını aktual saxlamaq.
Tələblər
Ali təhsil (biznes, filologiya, beynəlxalq münasibətlər üstünlükdür)
Rəhbər köməkçisi vəzifəsində ən azı 2–3 il təcrübə
Azərbaycan dili — mükəmməl; rus və ingilis dilləri — işgüzar yazışma apara biləcək səviyyədə (B2–C1)
MS Office (Word, Excel, PowerPoint), Outlook və ya Google Workspace, Zoom/Teams üzrə inamlı istifadə
AI alətlərindən gündəlik işdə istifadə bacarığı — mətn hazırlama, tərcümə, görüş qeydlərinin transkripsiyası və xülasələnməsi üçün (ChatGPT, Claude, Copilot və bənzərləri)
Eyni anda bir neçə işi idarə etmək, prioritetləşdirmək və işi sona çatdırmaq vərdişi
Məxfiliyə sadiqlik, təşəbbüskarlıq, səliqəlilik, təzyiq altında sakit işləmək bacarığı
Məxfiliyə sadiqlik, təşəbbüskarlıq, səliqəlilik, təzyiq altında sakit işləmək bacarığı
Texnologiya və ya konsaltinq sektorunda təcrübə
Tapşırıq izləmə alətləri ilə iş təcrübəsi (Odoo, Jira, Asana, Notion, Trello və s.)
Beynəlxalq səfər və protokol təcrübəsi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
