Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Weatherford International

Welder / 4-ci дərəcəli Qaynaqçı

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Texniki və konstruktor sənədlərinin oxunması və şərh edilməsi; Texnoloji proseslərə və qaynaq prosedurlarının tələblərinə ciddi riayət edilməsi; Çilingər-yığım işlərinin, metalın kəsilməsi və cilalanması əməliyyatlarının yerinə yetirilməsi; İstehsalat standartlarına uyğun olaraq müxtəlif mürəkkəblik dərəcəsinə malik metal konstruksiyaların hazırlanması və quraşdırılmasında iştirak; Tutucu avadanlıqların xidmət göstərilməsi üçün sərt metallar ilə iş, o cümlədən frezaların möhkəmləndirilməsi (volfram karbidinin və sərt əlavələrin üzlənməsi); Avadanlığın modifikasiyası; Xammaldan avadanlığın hazırlanması. Tələblər Qaynaqçı kimi minimum 3 il iş təcrübəsi, neft-qaz sahəsində təcrübəyə üstünlük verilir; SMAW (elektrod), MIG/MAG, əl ilə qövs qaynağı və avtomatik qaynaq üsulları ilə işləmək bacarığı; Orta ixtisas təhsili; 4-ci dərəcəli qaz-elektrik qaynaqçısı vəsiqəsi; Karbidlə işləmə (tətbiqi/örtük çəkilməsi) təcrübəsinin olması arzuolunandır; İngilis dili biliyinə üstünlük verilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.