Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Cronos MTK

Elektrik və mexanika işləri üzrə texnik

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Aşağı gərginlikli elektrik işlərinin yerinə yetirilməsi (lampaların, spot işıqların, rozetkaların və digər elektrik elementlərinin dəyişdirilməsi və quraşdırılması); Elektrik qurğularının, avadanlıqlarının və mexanizmlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi; Elektrik avadanlıqlarında aşkar edilən xırda nasazlıqların operativ şəkildə aradan qaldırılması; Elektrik avadanlıqlarının normal və təhlükəsiz istismarının təmin edilməsi; Santexnika avadanlıqlarının və aksesuarlarının montajının həyata keçirilməsi; Müxtəlif növ boruların (PPR, PPRC, HDPE, PVC, UPVC, dəmir və digər boruların) quraşdırılması və birləşdirilməsi; Boru xətlərinin bərkidilməsi üçün istifadə olunan dayaqların, tijlərin, konsolların, xomutların və digər aksesuarların quraşdırılması; İsitmə sistemlərinin boru xətlərinin montajının həyata keçirilməsi; İsitmə və soyutma sistemlərinə aid avadanlıqların quraşdırılması və texniki vəziyyətinə nəzarət edilməsi; Görülən işlərin texniki tələblərə, təhlükəsizlik qaydalarına və mühəndislərin göstərişlərinə uyğun yerinə yetirilməsi; Rəhbərlik və mühəndislər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi; İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi. Tələblər Müvafiq sahə üzrə texniki bilik və praktiki iş bacarığı; Elektrik, santexnika və mexaniki montaj işləri üzrə təcrübəyə malik olmaq; Elektrik və santexnika avadanlıqlarının quraşdırılması və texniki xidməti sahəsində biliklərə sahib olmaq; Texniki çertyojları və mühəndis göstərişlərini anlamaq bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək; Komandada işləmək bacarığı; Məsuliyyətli, intizamlı və işinə diqqətli olmaq; Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tikinti obyektlərində iş; İş qrafiki və əməkhaqqı müsahibə zamanı müzakirə olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.