Vakansiya haqqında
Əsas vəzifələr
Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiyanın hesablanması;
İdxal əməliyyatlarının uçotunun aparılması və malların maya dəyərinin hesablanması;
Elektron qaimə-fakturaların yoxlanılması, hazırlanması və göndərilməsi;
Müqavilələrin, təhvil-təslim aktlarının və qiymət razılaşdırma protokollarının hazırlanması;
Mal-material ehtiyatlarının uçotunun aparılması və hərəkətinə nəzarət edilməsi;
Aylıq, rüblük və illik vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
Statistika hesabatlarının hazırlanması və təqdim olunması;
Gündəlik kargüzarlıq işlərinin və işgüzar yazışmaların aparılması;
Maliyyə hesabatlarının hazırlanması;
Yerli və xarici ödənişlərin icra edilməsi.
Tələblər
Maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
MS Excel proqramında işləmək bacarığı;
Yük gömrük bəyannamələri ilə işləmək bacarığı;
AQTA ilə iş təcrübəsi;
Vergi, maliyyə və mühasibat uçotu üzrə biliklər;
PMS sertifikatının olması mütləqdir;
1C proqramını bilmək üstünlükdür
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 103
İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
