Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Socar

Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Şəmkir rayonu, Şəmkir RQİİ)

ŞəmkirMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Planlı və növbədənkənar sayğacların əvəzlənməsi, çıxarılması və texniki baxışını həyata keçirmək; Sayğac və nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, yustirlənməsi, quraşdırılması və qüsurlarının aradan qaldırılmasını təmin etmək; Abonentlərin sayğac göstəricilərini vaxtında qeydiyyata almaq və məlumatları təqdim etmək; Aşağı təzyiqli qaz şəbəkəsi və avadanlıqlarına planlı və növbədənkənar texniki baxış keçirmək, sızmaların qarşısını almaq və zəruri halları aidiyyəti komandaya bildirmək; Sayğac oxunuşlarını aparmaq, abonentlərə bildiriş vermək və borc-ödəniş qaydaları barədə məlumatlandırmaq; Müvafiq siyahılar üzrə qaz təminatını dayandırmaq və bərpa etmək; Qaz xətləri, avadanlıq və sayğaclara qanunsuz müdaxilələrin qarşısını almaq, aşkar edilmiş halları rəhbərliyə və 104 xidmətinə bildirmək; Əməyin mühafizəsi, texniki, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək; Abonentlərə mülayim və səmimi xidmət göstərmək. Tələblər Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismar qaydalarını; Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; Qaz xətlərinə bilərziklərin quraşdırılması üsullarını; Qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini; “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatı; İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. Tam orta təhsil, İş təcrübəsi tələb edilmir, Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. Tibbi sığorta: Təmin edilir İş yerinə çatdırılma: Təmin edilmir Son müraciət: 18.10.2026

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.