Vakansiya haqqında
İstehsalın planlaşdırılmasıSifarişlər, istehsal gücü və mövcud resurslar əsasında istehsal planlarının hazırlanmasında iştirak etmək;İstehsalın material ehtiyaclarını və təminat müddətlərini müəyyənləşdirmək;İstehsal, anbar, satınalma və satış bölmələri arasında koordinasiyanı təmin etmək;İstehsal planından kənarlaşmaları izləmək, gecikmə və resurs çatışmazlığı risklərini əvvəlcədən müəyyən etmək;Təcili sifarişlərin mövcud istehsal planına təsirini təhlil etmək və prioritetləşdirməni koordinasiya etmək.Stokların təhlili və planlaşdırılmasıXammal, qablaşdırma materialları və digər istehsal ehtiyatlarının stok səviyyələrini mütəmadi təhlil etmək;İstehlak dinamikası, sifarişlər və istehsal planları əsasında materiallara tələbat proqnozlarını hazırlamaq;Minimum və maksimum stok səviyyələrini, təhlükəsizlik ehtiyatını və sifariş nöqtələrini müəyyənləşdirmək;Stok çatışmazlığı, artıq ehtiyat, hərəkətsiz və dövriyyəsi zəif olan materialları müəyyən etmək;Stok dövriyyəsi və material təminatı üzrə hesabatlar hazırlamaq, optimallaşdırma təklifləri vermək;Faktiki stok məlumatları ilə plan göstəricilərinin uyğunluğunu izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını əlaqələndirmək.Daxili təchizatın təşkiliİstehsal sahələrinin və digər struktur bölmələrinin material ehtiyaclarını toplamaq və sistemləşdirmək;Təsdiqlənmiş plan və daxili sifarişlər əsasında materialların tələb olunan vaxtda, lazımi miqdarda təmin edilməsini koordinasiya etmək;Anbarla istehsal sahələri arasında materialların hərəkətinə və təhvil prosesinə nəzarət etmək;Material çatışmazlığı və təchizat gecikmələri barədə aidiyyəti bölmələri vaxtında məlumatlandırmaq;Daxili sifarişlərin icra vəziyyətini izləmək və təminat üzrə prioritetləri müəyyənləşdirmək;Satınalma bölməsinə təqdim ediləcək material ehtiyaclarının vaxtında və düzgün formalaşdırılmasını təmin etmək.Hesabatlılıq və proseslərin təkmilləşdirilməsiİstehsal planı, material tələbatı, stok vəziyyəti və daxili təchizat üzrə müntəzəm hesabatlar hazırlamaq;Stok çatışmazlığı və istehsal dayanması hallarının səbəblərini təhlil etmək;Materialların istifadəsi və ehtiyatların idarə olunması üzrə səmərəliliyin artırılması üçün təkliflər vermək;ERP və ya digər uçot sistemlərində planlama və stok məlumatlarının düzgünlüyünün təmin edilməsində iştirak etmək.
Əsas vəzifələr
Sifarişlər, istehsal gücü və mövcud resurslar əsasında istehsal planlarının hazırlanmasında iştirak etmək;
İstehsalın material ehtiyaclarını və təminat müddətlərini müəyyənləşdirmək;
İstehsal, anbar, satınalma və satış bölmələri arasında koordinasiyanı təmin etmək;
İstehsal planından kənarlaşmaları izləmək, gecikmə və resurs çatışmazlığı risklərini əvvəlcədən müəyyən etmək;
Təcili sifarişlərin mövcud istehsal planına təsirini təhlil etmək və prioritetləşdirməni koordinasiya etmək.
Xammal, qablaşdırma materialları və digər istehsal ehtiyatlarının stok səviyyələrini mütəmadi təhlil etmək;
İstehlak dinamikası, sifarişlər və istehsal planları əsasında materiallara tələbat proqnozlarını hazırlamaq;
Minimum və maksimum stok səviyyələrini, təhlükəsizlik ehtiyatını və sifariş nöqtələrini müəyyənləşdirmək;
Stok çatışmazlığı, artıq ehtiyat, hərəkətsiz və dövriyyəsi zəif olan materialları müəyyən etmək;
Stok dövriyyəsi və material təminatı üzrə hesabatlar hazırlamaq, optimallaşdırma təklifləri vermək;
Faktiki stok məlumatları ilə plan göstəricilərinin uyğunluğunu izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını əlaqələndirmək.
İstehsal sahələrinin və digər struktur bölmələrinin material ehtiyaclarını toplamaq və sistemləşdirmək;
Təsdiqlənmiş plan və daxili sifarişlər əsasında materialların tələb olunan vaxtda, lazımi miqdarda təmin edilməsini koordinasiya etmək;
Anbarla istehsal sahələri arasında materialların hərəkətinə və təhvil prosesinə nəzarət etmək;
Material çatışmazlığı və təchizat gecikmələri barədə aidiyyəti bölmələri vaxtında məlumatlandırmaq;
Daxili sifarişlərin icra vəziyyətini izləmək və təminat üzrə prioritetləri müəyyənləşdirmək;
Satınalma bölməsinə təqdim ediləcək material ehtiyaclarının vaxtında və düzgün formalaşdırılmasını təmin etmək.
İstehsal planı, material tələbatı, stok vəziyyəti və daxili təchizat üzrə müntəzəm hesabatlar hazırlamaq;
Stok çatışmazlığı və istehsal dayanması hallarının səbəblərini təhlil etmək;
Materialların istifadəsi və ehtiyatların idarə olunması üzrə səmərəliliyin artırılması üçün təkliflər vermək;
ERP və ya digər uçot sistemlərində planlama və stok məlumatlarının düzgünlüyünün təmin edilməsində iştirak etmək.
Tələblər
Ali təhsil — logistika, təchizat zəncirinin idarə edilməsi, iqtisadiyyat, mühəndislik və ya əlaqəli sahələr üzrə;
İstehsalat müəssisəsində planlama, material ehtiyaclarının hesablanması, stokların idarə edilməsi və ya daxili təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
İstehsal müəssisələrində xammal və material ehtiyatlarının idarə edilməsi təcrübəsi üstünlük təşkil edir;
İstehsal planlaması və material tələbatının hesablanması prinsiplərini bilmək;
Minimum/maksimum stok, təhlükəsizlik ehtiyatı, stok dövriyyəsi və sifariş nöqtəsi anlayışlarını praktik tətbiq etmək bacarığı;
MS Excel üzrə yaxşı biliklər; ERP və ya anbar-uçot sistemləri ilə iş təcrübəsi;
Analitik düşüncə, dəqiqlik, planlama və koordinasiya bacarıqları;
Eyni vaxtda bir neçə sifariş və prioritet üzrə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
