Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AVENSOL LLC

Ofis meneceri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Ofisin gündəlik fəaliyyətini təşkil etmək, səliqə və iş şəraitinə nəzarət etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və vaxtında icra etmək; Daxil olan telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə yönləndirmək; Şirkətə gələn qonaqları qarşılamaq, onların qəbulunu və görüşlərin təşkilini təmin etmək; Çay, kofe fasilələrini və qonaqlar üçün müvafiq xidmətləri təşkil etmək; Ofisin gündəlik təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək və zəruri ləvazimatların alışını planlaşdırmaq; Dəftərxana, təmizlik, mətbəx və digər ofis sərfiyyatlarının ehtiyatına nəzarət etmək; Ofis avadanlıqlarının və inventarların düzgün istifadəsini, eləcə də ümumi ofis şəraitinin qorunmasını təmin etmək; Sənəd və kuryer göndərişlərinin qəbulunu və aidiyyəti üzrə yönləndirilməsini təşkil etmək. Tələblər Ofis meneceri, inzibati işlər üzrə əməkdaş və ya oxşar vəzifədə iş təcrübəsi arzuolunandır; Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları, məsuliyyətlilik, operativlik və detallara diqqətli yanaşma. Eyni vaxtda bir neçə tapşırığı planlaşdırmaq və prioritetləşdirmək bacarığı; Azərbaycan dilində səlis ünsiyyət; Rus və ingilis dillərini bilmək yüksək üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.