Vakansiya haqqında
Əsas vəzifələr
Planlaşdırılmış quyu və qazma qurğusu fəaliyyətləri ilə uyğunlaşdırılmış perspektiv müqavilə hazırlığı izləmə cədvəlini tərtib etmək
Quyuların icrasına təsir edə biləcək müqavilə tələblərini, bitmə tarixlərini, resurs məhdudiyyətlərini və potensial boşluqları müəyyən etmək
Müqavilə hazırlığı ilə bağlı riskləri rəhbərliyin diqqətinə çatdırmaq və risklərin azaldılması planlarının hazırlanmasına dəstək vermək
Tender, müqavilənin uzadılması, dəyişiklik edilməsi və ya sifariş/call-off fəaliyyətləri üçün tələb olunan məlumatları əlaqələndirmək
Qazma mühəndisləri ilə birlikdə texniki iş həcmlərinin, spesifikasiyaların və xidmət tələblərinin hazırlanmasını əlaqələndirmək
Texniki tələblərin əməliyyat ehtiyaclarını, əldə edilmiş dərsləri və tətbiq olunan şirkət standartlarını əks etdirməsini təmin etmək
Tender paketlərinə və təkliflərin qiymətləndirilməsi meyarlarıi üzrə texniki məlumat vermək
Müvafiq mühəndislərdən texniki cavabları əlaqələndirməklə PSCM-in rəhbərlik etdiyi tender üzrə dəqiqləşdirmə və qiymətləndirmə proseslərinə dəstək göstərmək
Xidmət təminatçılarının təkliflərinin texniki qiymətləndirilməsində iştirak etmək
Tələb olunduqda texniki dəqiqləşdirmə və danışıqlar üçün görüşə qatılmaq
Podratçıların fəaliyyətinin razılaşdırılmış əməliyyat və texniki tələblərə uyğunluğunun nəzərdən keçirilməsinə dəstək vermək
Müqavilə üzrə xidmətlərlə bağlı təkrarlanan texniki və ya əməliyyat problemlərini müəyyən etmək və təkmilləşdirmə müzakirələrini təşkil etmək
Əldə edilmiş nəticələrin gələcək texniki iş həcmlərində nəzərə alınmasını təmin etmək
Kommersiya qiymətləndirmələri və danışıqlar zamanı PSCM və Maliyyə funksiyalarına texniki və əməliyyat məlumatı təqdim etmək
Günlük tarif, birdəfəlik sabit məbləğ, inteqrə olunmuş xidmətlər və nəticəyə əsaslanan modellər daxil olmaqla, kommersiya modellərinin qiymətləndirilməsinə töhfə vermək
Xidmətlərin optimallaşdırılması, iş həcminin rasionallaşdırılması və müqavilə resurslarından səmərəli istifadə üçün potensial imkanları müəyyən etmək
Tələblər
Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi, təchizat, kommersiya və ya əlaqəli sahə üzrə Ali təhsil
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
Qazma və quyu xidmətlərinin texniki aspektləri ilə tanışlıq
İş həcmlərinin, tender sənədlərinin və müqavilə tələblərinin hazırlanması və qiymətləndirilməsi üzrə təcrübə
Tender prosesinin mərhələləri, təchizatçıların qiymətləndirilməsi və müqavilənin həyat dövrünün idarə edilməsi barədə müfəssəl biliklər
Güclü koordinasiya və maraqlı tərəflərlə kommunikasiya bacarığı
Detallara diqqət, bir neçə prioriteti idarə etmə bacarığı
Müraciət üçün son tarix: 21.10.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
