Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AT Geotech

Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer

XırdalanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi; Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili; Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili; İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması; Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi; Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi; Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi. Tələblər Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi; İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar; Ezamiyyətə açıq olmaq; MS Excel proqramı üzrə yaxşı biliklər; Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti; Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük. İş yeri: Xırdalan; İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.