Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun holding

Texniki işlər üzrə Şöbə müdiri

KürdəmirMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək; İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək; Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq; Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək; Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək. Tələblər Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil; Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi; Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında minimum 2 il təcrübə; Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər üzrə biliklər; Texniki çertyoj və sxemləri oxumaq bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Liderlik, analitik düşüncə və problem həll etmə bacarıqları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.