Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azərşəkər

Risk və daxili nəzarət üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Cəmiyyətdə effektiv nəzarət mühitinin formalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq; Cəmiyyət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq; Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, risk və daxili nəzarət üzrə dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək; Cəmiyyətin strateji məqsədlərinə nail olmaq üçün əməliyyat, hesabatlılıq və qanunvericilik istiqamətində preventiv və detektiv nəzarət mexanizmlərininin hazırlanmasında iştirak etmək; Cəmiyyətdə əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərinin mövcud olması istiqamətində işləri icra etmək; Cəmiyyətin maddi və qeyri-maddi aktivlərin təyinatı üzrə istifadə olunması ilə bağlı nəzarət mexanizmlərini qurmaq; Zərurət yarandığı hallarda Cəmiyyətin baş ofisi və digər strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək; Cəmiyyətdə proses sahibləri tərəfindən tətbiq olunan nəzarət mexanizmlərinin effektiv və düzgün tətbiq edilməsini test edilməsi məqsədilə üst rəhbərin təlimatlarına əməl etmək; Qanunvericilik, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı məqsədilə monitorinqlərdə, araşdırmalarda və maarifləndirmə tədbirlərində iştirak etmək; Kənar, daxili audit və digər xidməti yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə etmək; Qaynar xətt və digər məlumatlandırma kanalları vasitəsilə daxil olan şikayət, məlumat və sui-istifadə ehtimalları üzrə ilkin qiymətləndirmə aparmaq, aidiyyəti üzrə yönləndirmək, araşdırma prosesində iştirak etmək, nəticələrin sənədləşdirilməsini və görülən tədbirlərin monitorinqini təmin etmək; Cəmiyyət əməkdaşları tərəfindən yol verilmiş neqativ hallar və mənimsəmə ilə əlaqədar hüquqpozma halları, habelə daxili nəzarət yoxlamalarının və monitrinqlərinin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmaların aparılmasında iştirak etmək; Üst rəhbərə araşdırma ilə bağlı lazım olan digər hesabatları hazırlamaq və təqdim etmək. Tələblər Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə); Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2–3 il təcrübə; ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük; Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi; Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi; Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması; Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı; Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik. Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Peşəkar və liderlik inkişaf proqramları; Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları; Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı; Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti; Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. İşəgötürən: Eden Agro MMC Struktur: Risk və daxili nəzarət departamenti Birbaşa rəhbər: Risk və daxili nəzarət üzrə menecer İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.