Vakansiya haqqında
Əsas vəzifələr
Yeni müştərilərin tapılması: Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri araşdırmaq, yeni müştərilər tapmaq və əməkdaşlıq imkanları yaratmaq.
Korporativ satış (B2B): Şirkətlərlə əlaqə qurmaq, görüşlər təşkil etmək, xidmətləri təqdim etmək və satış prosesini müqavilənin bağlanmasına qədər idarə etmək.
Müştəri portfelinin inkişafı: Mövcud müştərilərlə əlaqələri qorumaq, yeni şirkətləri müştəri bazasına cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq.
Marketinq xidmətlərinin satışı: Bleyz Media-nın SMM, reklam, dizayn, kontent və video çəkiliş xidmətlərini şirkətlərə təqdim etmək.
Danışıqların aparılması: Müştərilərin ehtiyaclarını müəyyən etmək, uyğun xidmətlər təklif etmək və qiymət üzrə razılığa gəlmək.
Kommersiya təklifləri: Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması və təqdim olunmasında iştirak etmək.
Müştərilərlə əlaqə: Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq, göndərilən təklifləri izləmək və əməkdaşlığa çevirmək.
Satış planı: Aylıq satış hədəflərinə uyğun işləmək və nəticələr barədə hesabat hazırlamaq.
Bazar araşdırması: Yeni şirkətləri, onların marketinq ehtiyaclarını və potensial satış imkanlarını araşdırmaq.
Tələblər
Təhsil: Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat, Menecment və ya Satış sahəsi üzrə ali təhsil.
Yaş tələbi: 25 yaş və yuxarı.
İş təcrübəsi: Satış sahəsində minimum 2 il iş təcrübəsi.
B2B satış təcrübəsi: Korporativ müştərilərlə işləmək, şirkətlərə xidmət satmaq və satış prosesini müstəqil idarə etmək təcrübəsi mütləqdir.
Müştəri portfeli: Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə mövcud iş əlaqələrinin və müştəri portfelinin olması əsas tələblərdən biridir.
Müştəri sektorları: Xüsusilə IT, turizm, təhsil, daşınmaz əmlak, tikinti, ticarət və digər biznes sahələrində fəaliyyət göstərən şirkətlərlə əlaqələrin olması vacibdir.
Satış nəticələri: Yeni müştərilərin cəlb edilməsi, görüşlərin təşkili, danışıqların aparılması və müqavilələrin bağlanması üzrə real təcrübə.
Təhsil: Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat, Menecment və ya Satış sahəsi üzrə ali təhsil.
Ünsiyyət bacarığı: Müştərilərlə rahat ünsiyyət qurmaq, təqdimatlar etmək və danışıqlar aparmaq bacarığı.
Satış bacarığı: Müştərinin ehtiyaclarını anlamaq, uyğun xidmət təklif etmək və satış prosesini uğurla başa çatdırmaq bacarığı.
Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dilləri üzrə minimum B1 səviyyəsində biliklərə malik olmaq.
Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı. CRM sistemləri üzrə təcrübə üstünlükdür.
Şəxsi keyfiyyətlər: Məsuliyyətli, təşəbbüskar, ünsiyyətcil, məqsədyönlü və nəticəyə fokuslanan olmaq.
Marketinq, reklam və media xidmətlərinin satışında təcrübə;
IT və turizm şirkətləri ilə hazır iş əlaqələrinin olması;
Müxtəlif sektorlardan olan korporativ müştərilərlə geniş əlaqələrə malik olmaq;
Şirkət rəhbərləri, marketinq direktorları və qərar qəbul edən şəxslərlə işləmək təcrübəsi;
Yeni müştəriləri müstəqil şəkildə tapmaq və satış imkanları yaratmaq bacarığı;
CRM sistemlərindən istifadə təcrübəsi;
İş yeri: Bakı, Çinar Plaza
İş rejimi: Tam iş günü
İş saatları: 09:00–18:00
İstirahət günləri: Şənbə və bazar
Əmək haqqı: 1000 AZN net + satış nəticələrinə görə bonuslar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
