Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azercell

Information Security Solutions Unit Senior

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) və əlaqəli nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğun olaraq qurulmasına, tətbiqinə və davamlı təkmilləşdirilməsinə dəstək vermək. Səlahiyyətlərin idarəolunması proseslərinin təşkilati siyasət və prosedurlara uyğunluğunu təmin etmək; lazımi səlahiyyətləndirmə, girişə nəzarət və girişlərin mütəmadi auditinin aparılması (SSO, Active Directory, Entra ID və s.). Layihə komandaları ilə sıx əməkdaşlıq edərək informasiya təhlükəsizliyi tələblərinin layihələrin bütün mərhələlərinə inteqrasiyasını təmin etmək. İT, Data, Maliyyə, SCM, Hüquq və digər sahələr üzrə layihələrdə informasiya təhlükəsizliyi tələblərini müəyyənləşdirmək və risklərin azaldılması üçün uyğun həllər təqdim etmək. Service Desk (SD) üzərindən daxil olan informasiya təhlükəsizliyi ilə bağlı sorğuların idarə edilməsi, sorğu axınlarının optimallaşdırılması və cavab müddətlərinin yaxşılaşdırılması. Tərəfdaşlar və podratçılar daxil olmaqla üçüncü tərəflərlə işdə informasiya təhlükəsizliyi tələblərinə nəzarət etmək, onların təhlükəsizlik öhdəliklərini müəyyənləşdirmək, paylaşmaq və yoxlamaq. Təhlükəsizlik və texnoloji risklərin idarə edilməsinə dəstək vermək üçün riskləri vaxtında müəyyənləşdirmək və toplamaq. İstifadəçilərə informasiya təhlükəsizliyi ilə bağlı dəstək göstərmək, məsələləri operativ həll etmək və məlumatlılığı artırmaq. Departament daxilində digər təşəbbüslərə və tapşırıqlara dəstək göstərmək. Tələblər İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İT, İnformasiya Sistemləri, Kibernetika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. ISO/IEC 27001, ISO/IEC 27701, PCI-DSS, GDPR, NIST, COBIT, ITIL və digər normativ sənədlərlə tanışlıq. Sİ (AI) əsaslı həllərin iş prinsipini, iş axınlarını, məlumat emalı məntiqini, inteqrasiya nöqtələrini və potensial informasiya təhlükəsizliyi risklərini anlamaq və qiymətləndirmək bacarığı. Girişlərə Nəzarət proseslərində təcrübə. Identity and Access Management (IAM) sistemləri ilə təcrübə (Active Directory, Microsoft Entra ID, Intune və s.). Windows, Linux və Unix server texnologiyaları və əməliyyat sistemləri üzrə təcrübə. Şəbəkə texnologiyaları üzrə güclü biliklər (firewall-lar, switch-lər, router-lər, VPN-lər, proxy xidmətləri və s.). SQL Server, Oracle, PostgreSQL və MySQL kimi platformalarda məlumat bazası idarəetməsi və data analizi bacarıqları. Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarıqları. Azərbaycan və İngilis dillərində güclü kommunikasiya bacarığı; Rus dili bilikləri üstünlükdür. ISO 27001, CISA, CISM, CISSP, CompTIA Security+, CCNP və digər qabaqcıl sertifikatlar. Şifrələmə həlləri və təhlükəsiz kommunikasiya protokolları ilə təcrübə. Bulud təhlükəsizliyi platformaları ilə təcrübə (Azure Security, AWS Security, Google Cloud Security). Python, Bash, PowerShell kimi skript və avtomatlaşdırma alətləri ilə işləmə bacarığı. SAP BO, Power BI, Tableau, Oracle BI və Looker kimi data vizuallaşdırma və hesabat alətləri ilə tanışlıq. Zəifliklərin idarə edilməsi və pentest metodologiyaları ilə tanışlıq. Layihə idarəetməsi və çoxfunksiyalı təhlükəsizlik təşəbbüslərinə rəhbərlik. Güclü ünsiyyət və qarşılıqlı əlaqə bacarıqları, junior əməkdaşlara mentorluq etmək bacarığı. Davamlı öyrənmə və yeni təhlükəsizlik trendləri ilə ayaqlaşmaq istəyi. Güclü kommunikasiya bacarıqları və müştəriyönümlü yanaşma. Komandada effektiv işləmək və problemləri operativ həll etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.