Vakansiya haqqında
Əsas vəzifələr
Xidməti nəqliyyat vasitəsini idarə edir, vəzifəli şəxsləri vaxtında və təhlükəsiz şəkildə lazımi ünvana çatdırır;
Xidməti nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarına riayət edir;
Yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlayır və onu yol boyu təmin edir;
Xidməti nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yolda meydana gələn və ixtisaslaşmış texniki xidmət tələb etməyən kiçik nasazlıqları aradan qaldırır;
Xidməti nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanılmasını təmin edir;
Sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsini və yol (marşrut) vərəqəsini təhlükəsiz şəraitdə özündə saxlayır;
Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər
B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
Yaş həddi 25-45 aralığı;
Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;
Azərbaycan dilini səlis, İngilis və ya rus dili biliyi arzuolunandır;
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu barədə tam biliklərə malik olmalıdır;
Rayonlar üzrə ezamiyyətə uyğun olmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
