Vakansiya haqqında
Əsas vəzifələr
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək;
Balans hesabatı (BS), mənfəət və zərər hesabatı (P&L) və pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması prosesində iştirak etmək;
Microsoft Excel vasitəsilə maliyyə məlumatlarını emal etmək və hesabatların hazırlanmasına dəstək göstərmək;
Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli təhlilində iştirak etmək;
Daxili idarəetmə və requlyativ hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq və sistemləşdirmək;
Məhsullar və satış kanalları üzrə maliyyə göstəricilərinin təhlilinə dəstək göstərmək;
Daxili və kənar audit prosesləri çərçivəsində tələb olunan məlumatların hazırlanmasında iştirak etmək;
Hesabatlarda məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
Hesabatların avtomatlaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil almaq və ya sonuncu kurs tələbəsi olmaq;
Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklərə malik olmaq;
Microsoft Excel proqramı üzrə biliklərinə malik olmaq;
Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
Komandada işləmək və yeni bilikləri mənimsəmək bacarığı;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
IFRS üzrə biliklərə malik olmaq üstünlükdür;
İngilis dili biliyi üstünlükdür;
Maliyyə hesabatlarının hazırlanması və Excel ilə işləmək üzrə praktiki təcrübəyə malik olmaq üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
