Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

ABB Invest

Sosial Media üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası; Rəqəmsal kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi; Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi; Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi; Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi; Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi; Kreativ və sosial media agentlikləri ilə işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına nəzarət edilməsi; İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası, influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi; Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması; Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması; Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak; Digər rəqəmsal marketinq fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi. Tələblər Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və ya digər əlaqəli ixtisaslar üzrə); Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır); MS Office proqramlarında sərbəst iş bacarığı; Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığı; Google Analytics və Google Tag Manager üzrə biliklər; Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübə; Güclü ünsiyyət və təqdimat bacarıqları; Analitik düşüncə və problem həll etmə qabiliyyəti; Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş təcrübəsi (üstünlükdür); DMI və ya bənzər sertifikatlar (üstünlükdür); Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.