Vakansiya haqqında
Əsas vəzifələr
Həvalə edilmiş şirkət daxili yaradılan tətbiqlərin və təchizatçılar tərəfindən təqdim olunan platformaların 24/7 texniki dəstəyi və istismarı;
Kəsintiləri, dayanmaları və xətaları minimallaşdırmaq və mümkün ən qısa müddətdə aradan qaldırmaq;
Mövcud xidmətlərdə, platformalarda və proqram təminatında xətaları və ya çatışmazlıqları müəyyən etmək və uyğun həll yollarını hazırlamaq;
Həvalə edilmiş sistemlərdə problemlərin aradan qaldırılması və həllərin hazırlanması üçün programçılar və təchizatçılar ilə işləmək;
Tətbiqləri, yeni və ya dəyişdirilmiş məhsul və xidmətləri test, istehsal kimi uyğun mühitlərə daşımaq;
Proqram təminatını istehsalata daşımazdan öncə müvafiq keyfiyyətə nəzarət və yoxlamalarının edilməsi;
Səhvləri və çatışmazlıqları aşkar etmək, mövcud xidmətləri, platformaları və proqram təminatını tənzimləmək və məsuliyyət altındakı sistemlər üçün həllər hazırlamaq;
Layihə üzvü olaraq müvafiq layihələrdə iştirak etmək;
DevOps alətlərini və yanaşmalarını tətbiq edərək, defekt aşkar olma nisbətini, açıq defektlərin ümumi sayını, implementasiya ilə əlaqədar insidentləri və istehsal insidentlərini azaltmaq.
Tələblər
Kompüter Elmləri və ya Riyaziyyat üzrə Ali təhsil
Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə, rus dili biliyi - arzuolunandır
İş Təcrübəsi: Uyğun sahədə minimum 1 il
Texniki araşdırma və təhlil bacarığı
Əməliyyat sistemi səviyyəsində araşdırma və təhlil üçün alətlərdən istifadə etmə
OS Linux
SQL
Scripting (Bash və ya Python)
Containers (Docker, Kubernetes)
CI/CD (Gitlab, Jenkins)
Telekom sahəsində iş təcrübəsi
Proqramlaşdırma üzrə əsas biliklər
Unix/Linux əməliyyat sistemlərində system administrator təcrübəsi
Real rejimli sistemlərlə işləmə bacarığı
PLSQL ilə işləmə təcrübəsi
Ansible bilikləri və təcrübəsi
Kubespray ilə işləmə təcrübəsi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
