Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Acon Tax and Accounting MMC

Mühasib

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İlkin mühasibat sənədlərinin yoxlanılması və əməliyyatların uçot proqramına daxil edilməsi; Bank və kassa əməliyyatlarının uçotunun aparılması; Alış-satış əməliyyatlarının işlənməsi, elektron qaimələrin hazırlanması və yoxlanılması; Debitor və kreditor borclarının uçotu, qarşı tərəflərlə üzləşmələrin aparılması; Xammal, material və hazır məhsulların giriş-çıxış əməliyyatlarının uçotu; İstehsal xərclərinin uçotunda və maya dəyəri hesablamaları üçün məlumatların hazırlanmasında iştirak; Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması; Baş mühasibin nəzarəti altında vergi, statistika və digər məcburi hesabatların hazırlanması; Ayın bağlanması üçün hesablar üzrə üzləşmələrin aparılması və məlumatların hazırlanması; İlkin qalıqların müəyyənləşdirilməsi, əvvəlki dövrlərin uçotunun bərpası və ERP sisteminin tətbiqi işlərində iştirak; Mühasib köməkçisi və müəssisələrin əməkdaşları ilə sənəd dövriyyəsinin koordinasiyası. Tələblər Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili; Mühasib kimi ən azı 2 il iş təcrübəsi; Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə praktiki biliklər; 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı; Excel-dən sərbəst istifadə etmək; Elektron vergi portalı və internet bankçılıq sistemlərində işləmək bacarığı; Sənədlərlə diqqətli işləmək, tapşırıqları vaxtında yerinə yetirmək və komandada çalışmaq bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.