Vakansiya haqqında
Əsas vəzifələr
Podratçı və təchizatçılardan gələn İcra Aktları, Forma-2 və Ödəniş Sertifikatlarını (IPC) qəbul etmək, ilkin yoxlamadan keçirib reyestrə daxil etmək.
Qaimə, faktura və satınalma sifarişlərinin (PO) müvafiq xərc kodlarına düzgün oturmasına nəzarət etmək.
Layihənin gündəlik və həftəlik xərc bazasını (Excel tracking sheet) yeniləmək.
Faktiki xərclərlə smeta/büdcə arasındakı fərqləri izləmək, kənaraçıxmalar haqqında ilkin məlumatı rəhbərə ötürmək.
Təchizat komandası ilə əlaqədə olaraq gözlənilən xərcləri (Commitments) izləmək.
Aylıq xərc hesabatlarının hazırlanmasında və sənədlərin arxivlənməsində komandaya köməklik göstərmək.
Tələblər
Təhsil: Maliyyə, Kommersiya, İqtisadiyyat və ya digər uyğun sahələr üzrə ali təhsil (yeni məzunlar müraciət edə bilər).
İş təcrübəsi: Tələb olunmur.
Kompyuter bilikləri: MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
