Vakansiya haqqında
Əsas vəzifələr
Bakalavr səviyyəsində maliyyə və mühasibat ilə bağlı fənlərin tədrisi;
Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;
Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;
Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak
Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;
Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;
Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.
Tələblər
Maliyyə, Biznes və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);
İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);
Maliyyə menecmenti və investisiya menecmenti üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;
Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;
Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;
Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.
CV;
Ali təhsil diplomlarının və transkriptlərin surətləri;
Motivasiya məktubu (maksimum 500 söz);
Elmi nəşrlərin siyahısı (mövcuddursa).
Elektron məktubun mövzu hissəsində “Maliyyə/Mühasibat” istiqaməti qeyd edilməlidir.
Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
