Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bank of Baku

Ümumi audit şöbəsinin aparıcı auditoru

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Audit planına uyğun audit yoxlamalarının aparılması; Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi; Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi; Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası; Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması; Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya; Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi; Müsahibələrin və yekun müzakirələrin təşkili; Audit hesabatlarının hazırlanması; Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması. Tələblər Məsuliyyət Nizam intizam Nəticəyə yönümlülük Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür; Risk əsaslı audit yanaşmasının tətbiqi Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi Audit testlərinin hazırlanması və icrası; Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili; Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil Azərbaycan - Mükəmməl Rus - Orta İngilis - Orta MS Office - Yüksək SQL və BI alətləri üzrə baza biliklər (üstünlükdür); - Orta

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.