Vakansiya haqqında
Əsas vəzifələr
Mühasibat uçotunun təşkili və nəzarət: Milli Mühasibat Uçotu Standartlarına və mühasibat haqqında qanunvericiliyə uyğun olaraq gündəlik mühasibat proseslərinin idarə olunmasını təşkil etmək və gedişata tam nəzarət etmək.
Hesabatlılıq: Vergi, statistika, məşğulluq, DSMF və digər dövlət hesabatlarının vaxtında, dürüst tərtib olunmasına və e-taxes.gov.az və e-gov portalları vasitəsilə göndərilməsinə nəzarət etmək.
Xarici kommunikasiya və əlaqələr: Banklar, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Agentliyi və digər dövlət qurumları ilə rəsmi yazışmaları idarə etmək; təchizatçılar və subpodratçılarla danışıqlar aparmaq, maliyyə məsələləri üzrə operativ əlaqə qurmaq.
Kənar audit və yoxlamalar: İllik kənar audit (maliyyə auditi) prosesini idarə etmək, auditorlar üçün lazımi məlumat və hesabatları hazırlamaq; Hesablama Palatası, vergi və digər dövlət yoxlamaları zamanı qurumu rəsmi təmsil etmək.
Aylıq və dövr bağlanışları: Ay sonu dövr bağlanışı prosesini idarə etmək, aylıq mühasibat və idarəetmə hesabatlarını (Dövriyyə balansı (Trial Balance), debitor/kreditor hesabatları və s.) hazırlamaq, balansa nəzarət etmək.
Aktivlərin, anbarın və əməkhaqqının idarə edilməsi: Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material qiymətlilərinin (anbar uçotunun) və əməkhaqqı hesablamalarının daxili prosedurlara və qanunvericiliyə uyğun olaraq düzgün aparılmasını bilmək və nəzarətdə saxlamaq.
Maliyyə intizamı və şəffaflıq: Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin hərəkətinə, xərclərin smetaya (büdcəyə) uyğun xərclənməsinə ciddi maliyyə intizamı çərçivəsində nəzarət etmək.
Sistemin inkişafı və avtomatlaşdırma: Mühasibatlıq proqramlarının və iş proseslərinin təkmilləşdirilməsi üçün proqramda lazımi struktur dəyişikliklərini və yeni funksionallıqları müəyyən etmək, texniki tapşırıqları hazırlamaq və bu istiqamətdə İT/tərtibatçı komandası ilə effektiv kommunikasiya qurmaq.
Üzləşmələr və rekonsilyasiya (Recon): Bank, kassa, təchizatçı və müştəri hesablarının, dövriyyə cədvəli qalıqlarını yoxlamaq, üzləşdirmə proseslərini və verilən tapşırıqların icrasını təmin etmək.
Qanunvericiliyə uyğunluq: Vergi, Əmək və Mülki məcəllələrin tələblərinə riayət olunmasını təmin etmək, vergi risklərini öncədən müəyyən edərək minimuma endirmək.
Komandanın idarə edilməsi: Şöbə daxilində iş bölgüsü aparmaq, əməkdaşların gündəlik/aylıq tapşırıqlarının icra keyfiyyətinə nəzarət etmək.
Tələblər
Təhsil: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya audit sahəsi üzrə ali təhsil.
Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi.
İstehsalat təcrübəsi: İstehsalat uçotu sahəsində təcrübəsinin olması arzuolunandır (üstünlükdür).
Sertifikat: PMS mütləq; beynəlxalq sertifikatlar (ACCA F3/F7/F9) olması üstünlükdür.
Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununu bilmək.
Proqram bilikləri: 1C (8.3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı.
Dil bilikləri: Azərbaycan dili, ingilis və rus dili bilikləri arzuolunandır.
Şəxsi keyfiyyətlər və kompetensiyalar:
Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək);
Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı;
Güclü komanda ruhu;
Stressə davamlılıq, yüksək nizam-intizam.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
