Vakansiya haqqında
Əsas vəzifələr
Müştəri və qonaqları qarşılayacaq, onları müvafiq struktur bölmələrlə əlaqələndirəcəksiniz;
Telefon zənglərini cavablandıracaq və aidiyyəti struktur bölmələrə yönləndirəcəksiniz;
Müştəri və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarını həyata keçirəcəksiniz;
Müştəri və qonaqların sorğularını cavablandıracaqsınız;
Daxili və xarici məktubları və sənədləri qəbul edərək aidiyyəti üzrə çatdıracaqsınız;
Şirkətin kitabxanasının fəaliyyətinin təşkilinə dəstək göstərəcəksiniz;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıq və göstərişləri icra edəcəksiniz;
Tələblər
İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
Sahə üzrə iş təcrübəsi tələb olunmur;
Azərbaycan dili – əla səviyyə;
Rus dili – əla səviyyə;
İngilis dili – orta səviyyə;
MS Office proqramları üzrə orta səviyyədə bilik;
İnzibati işlər və ya reception sahəsində təcrübə üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər : Müştəriyönümlülük, nəticəyönümlülük, güclü ünsiyyət və etimad yaratmaq bacarığı, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük, analitik düşüncə və problem həll etmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
