Vakansiya haqqında
Əsas vəzifələr
Marketinq və telesales komandası tərəfindən müəyyən edilmiş potensial müştərilərlə birbaşa görüşlər keçirmək.
Şirkətlərin mövcud biznes proseslərini, avtomatlaşdırma ehtiyaclarını və istifadə etdikləri proqram təminatlarını təhlil etmək.
Prospect Cloud ERP sisteminin üstünlüklərini, funksionallığını və aylıq abunə modelini müştərinin ehtiyaclarına uyğun təqdim etmək.
Müştərilərə məhsulun ilkin demo versiyasını nümayiş etdirmək.
Müştərilərin suallarını cavablandırmaq, etirazlarla işləmək və satış danışıqlarını aparmaq.
Satış şərtləri üzrə ilkin razılıq əldə etmək, müqavilənin bağlanmasını təmin etmək və nəzərdə tutulan depoziti almaq.
Müştəri ilə bir aylıq sınaq müddətinin başlanmasını razılaşdırmaq və satış şərtlərini aydın izah etmək.
Müqaviləsi bağlanmış və sınaq mərhələsinə keçirilmiş müştəriləri bütün zəruri məlumatlarla birlikdə təlim şöbəsinə təhvil vermək.
Görüşlərin, satış mərhələlərinin və nəticələrin CRM sistemində qeydiyyatını aparmaq.
Fəaliyyətini satış planı və müəyyən edilmiş KPI-lar əsasında təşkil etmək.
Tələblər
B2B satış və korporativ müştərilərlə işləmək təcrübəsi.
Üzbəüz görüşlər keçirmək, təqdimat etmək və kommersiya danışıqları aparmaq bacarığı.
Müştərinin ehtiyaclarını müəyyənləşdirmək və uyğun həll təklif etmək qabiliyyəti.
Satış prosesini ilkin görüşdən müqavilənin bağlanmasına qədər idarə etmək bacarığı.
Güclü kommunikasiya, inandırma və etirazlarla işləmə bacarıqları.
Nəticəyönümlü olmaq, satış hədəflərinə fokuslanmaq və müstəqil işləməyi bacarmaq.
Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq.
CRM sistemləri və ofis proqramlarından istifadə bacarığı.
1C, Logo, Mikro və digər ERP və ya mühasibat proqram təminatlarının satışında, tətbiqində və ya müştərilərə təqdimatında təcrübəsi olanlar.
ERP sistemlərinin tətbiqi ilə məşğul olan şirkətlərdə çalışmış şəxslər.
Mühasibatlıq, avtomatlaşdırma və biznes proqram təminatları sahəsində korporativ müştəri portfeli formalaşdırmış namizədlər.
Aktiv biznes əlaqələri və potensial müştərilərlə görüş təşkil etmək imkanı olan şəxslər.
SaaS və abunə əsaslı proqram təminatlarının satışında təcrübəsi olanlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
