Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Hermes-S MMC

Sahə Rəisi

XocavəndMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tikinti sahəsində işlərin gündəlik təşkilini və koordinasiyasını həyata keçirmək; Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ tələblərə uyğun icrasını təmin etmək; Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət etmək; İşçi briqadalarının və sahədə çalışan işçilərin fəaliyyətini təşkil və koordinasiya etmək; Tikinti sahəsində işlərin ardıcıllığını və səmərəli təşkilini təmin etmək; Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək; Tikinti materiallarının və avadanlıqların sahədə düzgün və səmərəli istifadəsini təmin etmək; Material və avadanlıqlara olan tələbatı müəyyən etmək və rəhbərliyə təqdim etmək; Tikinti işlərinin faktiki icra vəziyyətini qiymətləndirmək və rəhbərliyə müvafiq məlumat vermək; İşlərin ölçülməsi, görülmüş işlərin aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək; Layihə və texniki sənədlərdə aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq; Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək; Subpodratçı təşkilatların və briqadaların fəaliyyətinin sahədə koordinasiyasında iştirak etmək; Tikinti sahəsində əmək intizamına riayət olunmasına nəzarət etmək; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək; Tikinti sahəsində istifadə olunan alət, avadanlıq və digər maddi resursların qorunmasına nəzarət etmək; Gündəlik və dövri görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək; Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Tələblər İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil; Tikinti sahəsində Sahə Rəisi kimi 20 ildən artıq iş təcrübəsi; Yaş həddi: 50 yaşadək; Tikinti layihələrinin sahədə təşkili və idarə olunması üzrə geniş praktiki təcrübə; Tikinti-quraşdırma işlərinin təşkili, icrası və texniki nəzarəti üzrə geniş biliklər; Layihə, işçi çertyojlar, texniki şərtlər və digər tikinti sənədləri ilə işləmək bacarığı; Tikinti norma, qayda və standartları üzrə biliklər; Tikinti işlərinin texnoloji ardıcıllığı və icra qaydaları üzrə praktiki biliklər; Tikinti materialları, konstruksiyalar və avadanlıqlar üzrə geniş praktiki biliklər; Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və layihə tələblərinə uyğunluğuna nəzarət etmək bacarığı; İşçi briqadalarının fəaliyyətinin təşkili, idarə olunması və koordinasiyası üzrə təcrübə; Subpodratçı təşkilatların fəaliyyətinin koordinasiyası və işlərin icrasına nəzarət üzrə təcrübə; Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icrasını təmin etmək bacarığı; Görülmüş işlərin həcmlərinin müəyyən edilməsi, ölçülməsi və aktlaşdırılması üzrə biliklər; Tikinti sahəsində əmək intizamının və iş bölgüsünün düzgün təşkilini təmin etmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Texniki sənədləşmə, hesabat və tikinti üzrə icra sənədlərinin hazırlanması üzrə bacarıq; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Güclü liderlik, təşkilatçılıq və idarəetmə bacarığı; Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Yüksək məsuliyyət, intizam və işgüzarlıq; Komandada işləmək, işçi heyətini idarə etmək və effektiv kommunikasiya qurmaq bacarığı. Böyükhəcmli və mürəkkəb tikinti layihələrində iş təcrübəsi; Sahə rəisi, baş usta, iş icraçısı və ya digər rəhbər vəzifələrdə iş təcrübəsi; Podratçı və subpodratçı təşkilatlarla iş təcrübəsi; Tikinti layihələrinin təhvil-təslim proseslərində iştirak təcrübəsi; Müvafiq peşəkar sertifikatların olması; Tikinti sahəsində texniki sənədləşmə və hesabatların hazırlanması üzrə təcrübə. İş günləri: Həftənin 6 günü; İş saatları: 09:00–18:00; İş yeri: Xocavənd rayonu Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək; Rəsmi əmək müqaviləsi; Peşəkar və işgüzar əmək mühiti; Uzunmüddətli əməkdaşlıq imkanları

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.