Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki şərtlər və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
Tikinti proseslərinin texniki təşkilini və işlərin ardıcıllığını təmin etmək;
Tikinti sahəsində aparılan işlərin keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etmək;
Layihə və texniki sənədləri təhlil etmək və onların sahədə düzgün tətbiqini təmin etmək;
Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək;
Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Görülmüş işlərin layihə sənədlərinə uyğunluğunu qiymətləndirmək;
Görülən işlərin ölçülməsi, aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
Tikinti prosesində aşkar edilmiş texniki uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Subpodratçı təşkilatların və işçi briqadalarının fəaliyyətinin texniki baxımdan koordinasiyasında iştirak etmək;
Tikinti işlərinin gedişatı ilə bağlı texniki hesabatların və digər sənədlərin hazırlanmasını təmin etmək;
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Tikinti sahəsində İnşaat Mühəndisi kimi 15 ildən artıq iş təcrübəsi;
Yaş həddi: 50 yaşadək;
Tikinti layihələrinin texniki təşkili və icrası üzrə geniş praktiki təcrübə;
Tikinti-quraşdırma işlərinin layihə, işçi çertyojlar, texniki şərtlər və normativ tələblərə uyğun icrası üzrə biliklər;
Tikinti işlərinin texnoloji ardıcıllığı və icra qaydaları üzrə praktiki biliklər;
Layihə və texniki sənədlərin oxunması, təhlili və sahədə tətbiqi üzrə bacarıq;
Tikinti norma, qayda və standartları üzrə geniş biliklər;
Tikinti materialları, konstruksiyalar və avadanlıqlar üzrə praktiki biliklər;
Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək bacarığı;
Görülmüş işlərin həcmlərinin müəyyən edilməsi, ölçülməsi və aktlaşdırılması üzrə təcrübə;
Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət etmək bacarığı;
Subpodratçı təşkilatların və işçi briqadalarının fəaliyyətinin texniki koordinasiyası üzrə təcrübə;
Texniki sənədləşmə, icra sənədləri və hesabatların hazırlanması üzrə bacarıq;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
Tikinti sahəsində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Yüksək məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı.
Böyükhəcmli və mürəkkəb tikinti layihələrində iş təcrübəsi;
Mühəndis-texniki və ya rəhbər vəzifələrdə iş təcrübəsi;
Müvafiq peşəkar sertifikatların olması;
Podratçı və subpodratçı təşkilatlarla iş təcrübəsi;
Tikinti layihələrinin texniki sənədləşdirilməsi və təhvil-təslim prosesləri üzrə təcrübə.
İş günləri: Həftənin 6 günü;
İş saatları: 09:00–18:00;
İş yeri: Xocavənd rayonu
Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
Rəsmi əmək müqaviləsi;
Peşəkar və işgüzar əmək mühiti;
Uzunmüddətli əməkdaşlıq imkanları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
