Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Karabakh Group LLC

Sahə Mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihə üzrə texniki sənədləri (çertyojlar, spesifikasiyalar, hesabatlar və s.) oxumaq və təhlil etmək; Layihələrin tikinti norma və qaydalarına (AzDTN, TNvəQ, DÜİST) uyğunluğunu yoxlamaq; Texniki həllər təklif etmək və layihədəki uyğunsuzluqları aşkar edib müvafiq düzəlişlər üçün layihəçi ilə əlaqə saxlamaq; Tikinti prosesinin mərhələli şəkildə düzgün və keyfiyyətli icrasını təmin etmək; İş planına və iş cədvəlinə uyğun gedişatı izləmək və uyğunlaşmanı təmin etmək; Tikinti sahəsində istifadə olunan materialların, texnika və avadanlıqların düzgünlüyünə və istifadəsinə nəzarət etmək; Sahədə çalışan ustalar və fəhlələrlə işləmək, onlara texniki göstərişlər vermək; Görülən işlərin texniki keyfiyyətini yoxlamaq, lazımi test və yoxlamaların aparılmasını təmin etmək; Tikintidə istifadə olunan materialların standartlara (sertifikatlar və s.) uyğunluğunu yoxlamaq. Tələblər Ali texniki təhsil — inşaat mühəndisliyi ixtisası üzrə; Tikinti sahəsində minimum 3 il iş təcrübəsi; Layihə-smeta sənədlərini və texniki çertyojları oxuma bacarığı; Forma № 2, Forma № 3, gizli işlər aktları və texniki jurnalların hazırlanması üzrə təcrübəsi olan; Tikinti norma və qaydalarını bilməsi; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.