Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

PAŞA Sığorta

Tətbiqi proqram təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Proqramların arxitekturasının informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən təhlilində iştirak etmək; Tətbiqi proqram təhlükəsizliyi üzrə risklərin azaldılmasına yönəlmiş proseslərin işlənib hazırlanmasında iştirak etmək; Veb, mobil tətbiqlər və infrastruktur sistemləri üzrə nüfuzetmə testlərini (penetration testing) həyata keçirmək; Veb tətbiqlərində OWASP Top 10 zəifliklərini müəyyən etmək və istismar imkanlarını yoxlamaq; Android/iOS mobil tətbiqlərinin təhlükəsizlik testlərini aparmaq; API təhlükəsizliyini yoxlamaq, "authentication" və "authorization" mexanizmlərini test etmək; Şəbəkə infrastrukturu, serverlər və digər İT sistemləri üzrə zəiflikləri qiymətləndirmək; Kerberoasting, AS-REP Roasting, Pass-the-Hash, ACL/AD Permissions və Privilege Escalation kimi hücum ssenarilərini yoxlamaq; Windows və Linux sistemlərində "privilege escalation" imkanlarını araşdırmaq; Təhlükəsiz proqram təminatının inkişafı (SSDLC) tələblərinə uyğunluğu təmin etmək; SAST, SCA və DAST skan nəticələrini təhlil etmək; NIST və şirkətdaxili informasiya təhlükəsizliyi qaydalarının tətbiqi proqram sahəsində tətbiqinə nəzarət etmək; Tətbiqi proqram təminatı üzrə şirkətdaxili təlimlər keçirmək. Tələblər OWASP mobil və veb metodologiyaları, eləcə də təhlükəsiz kodlaşdırma prinsipləri üzrə dərin biliklər; SAST, DAST, SCA kimi təhlükəsizlik alətlərindən istifadə bacarığı; Əməliyyat sistemləri (Windows, Linux), API və şəbəkə infrastrukturu təhlükəsizliyi üzrə biliklər; Docker, Kubernetes və bulud platformaları (AWS, Azure, GCP) ilə praktiki iş təcrübəsi; DevSecOps yanaşması, SSDLC və CI/CD prosesləri üzrə biliklər; Skript dilləri (məsələn, Bash, Python) ilə işləmə bacarığı; Mikroservis arxitekturası prinsiplərini anlamaq; Analitik düşüncə, problem həll etmə və detallara diqqət yetirmə kimi yüksək fərdi keyfiyyətlər; Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. İnformasiya Sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil; Tətbiqi proqram təminatı təhlükəsizliyi və infrastruktur üzrə nüfuzetmə testləri sahəsində ən azı 1-2 il iş təcrübəsi; Kibertəhlükəsizlik sahəsində beynəlxalq sertifikatların (məsələn, eCPPTv2, eMAPT, eWPT, CEH, OSCP) olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.