Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AEM Elektron

İT menecer

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək; Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək; Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək; Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək; Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək; Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək; Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək; İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək. Tələblər İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər; CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış; IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında bilikləri; Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı; Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı; Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.