Vakansiya haqqında
Əsas vəzifələr
Layihə rəhbərinə layihələrin planlaşdırılması və icrası prosesində dəstək göstərilməsi;
Layihələr üzrə gündəlik işlərin koordinasiyası və icra vəziyyətinin izlənilməsi;
Texniki heyət, podratçılar və təchizatçılarla operativ əlaqənin təmin edilməsi;
Layihə obyektlərinə səfərlərin həyata keçirilməsi və görülən işlərin yerində izlənilməsi;
Avadanlıq və materialların sifariş, təchizat və çatdırılma proseslərinə nəzarət edilməsi;
Layihə sənədlərinin, iş qrafiklərinin və hesabatların hazırlanması;
Tapşırıqların müəyyən edilmiş müddətdə icrasının izlənilməsi;
Yaranan texniki və təşkilati məsələlərin həllində layihə rəhbərinə dəstək göstərilməsi.
Tələblər
Ali təhsil (texniki və mühəndislik ixtisaslarına üstünlük verilir);
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür;
IT infrastrukturu və zəif axın sistemləri haqqında ilkin texniki biliklər;
MS Office proqramları ilə işləmək bacarığı;
Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
Güclü təşkilatçılıq və koordinasiya bacarıqları;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Komandada işləmək və problemləri çevik həll etmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi üstünlükdür;
Layihə obyektlərinə mütəmadi səfər etməyə hazır olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
