Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Xırman

Qaynaqçı

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Zavodun istehsalat və texniki sahələrində qaynaq işlərinin yerinə yetirilməsi; Verilmiş çertyoj, ölçü və texniki tələblərə uyğun metal konstruksiyaların hazırlanması və qaynaq edilməsi; Müxtəlif mövqelərdə (üfüqi, şaquli, 45° və s.) qaynaq işlərinin aparılması; Metal konstruksiyaların, avadanlıqların və digər metal hissələrin təmir və bərpa işlərinin görülməsi; Qaynaq və kəsmə işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi; İstifadəsinə verilmiş avadanlıq, alət və iş sahəsinin səliqəli və işlək vəziyyətdə saxlanılması; Rəhbərliyin tapşırıqlarına uyğun digər qaynaq və texniki işlərin yerinə yetirilməsi. Tələblər Qaynaqçı üzrə müvafiq peşə təhsilinin və ya sertifikatın olması; Müxtəlif qaynaq üsulları və avadanlıqları barədə bilik; Metal konstruksiyaların hazırlanması və qaynaqlanması üzrə praktiki bacarıq; Qaynaqçı kimi 2-3 il iş təcrübəsi; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməsi; Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı. İş yeri: Xırman MMC – istehsalat müəssisəsi İş qrafiki: 6 günlük Əmək haqqı: 700-800 AZN Nahar: Şirkət tərəfindən təmin olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.