Vakansiya haqqında
Əsas vəzifələr
Şəxsi vərəqənin mühasibat proqramı ilə uyğunluğunu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi və s.)
ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV və ƏDV QR-i hesablamaq
ÖMV, MV, Əmlak vergisi bəyannamələrinin hazırlanıb təqdim etmək
Xarici xidmət və mal-material təchizatçılarına və yerli icarəyə verənlərə ödənişləri həyata keçirmək üçün Oracle-da yaradılmış invoice-larda VM-nin tələbləri üzrə vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinin analiz və təsdiq etmək
Müqavilələrdə vergi əməliyyatları ilə bağlı hissələrinin (bəndlərin) vergi qanunvericiliyinin tələblərinə uyğunluğunu yoxlamaq və təsdiq etmək
Aylıq, rüblük və illik Statistik hesabatları hazırlayıb təqdim etmək
Rəhbərliyin gündəlik və layihə üzrə əlavə verilmiş müxtəlif tapşırıqları yerinə yetirmək
Tələblər
Təhsil: Ali
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri): Mühasibat uçotu və vergi uçotu sahəsində təcrübə. Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək
İş təcrübəsi: 3-5 il
Dil və kompyuter proqramları bilikləri: Azərbaycan dili, ingilis dili, rus dili/ Mühasibat proqramı və Microsoft Office proqramları
Xüsusi tələblər: Vergi Qanunvericiliyi(AR Konstitusiyası, Vergi Məcəlləsi və bu məcəllə çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları ), Əmək Məcəlləsi və digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəalar
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
