Vakansiya haqqında
Əsas vəzifələr
SCADA və telemexanika sistemlərinin arxitekturasının hazırlanması və mövcud sistemlərin təhlili;
Obyektlərin avadanlıq və siqnal siyahılarının (I/O list), registr xəritələrinin tərtib edilməsi və iş həcminin qiymətləndirilməsində iştirak;
PLC proqramlarının hazırlanması, dəyişdirilməsi və sazlanması;
SCADA/HMI ekranlarının, qəza siqnallarının, tarixçənin, trendlərin və hesabatların konfiqurasiya edilməsi;
PLC, middleware və SCADA arasında MODBUS TCP, OPC UA və digər protokollar üzrə inteqrasiyanın qurulması;
Stansiya və obyektlərdəki mühəndis sistemlərinin (su təchizatı, ventilyasiya, eskalatorlar, işıqlandırma, enerji təchizatı) SCADA-ya qoşulması;
Elektrik və avtomatika çertyojlarının, texniki tapşırıqların və spesifikasiyaların təhlili, sifarişçiyə dəqiqləşdirici sualların hazırlanması;
İdarəetmə ssenarilərinin (yanğın, qəza, rejim ssenariləri) layihələndirilməsi və tətbiqi;
Server, iş yerləri və sənaye şəbəkəsinin quraşdırılması və konfiqurasiyasında iştirak;
Sınaqlarının hazırlanması və aparılması, sistemin istismara verilməsi;
İstifadəçi rolları, giriş nəzarəti və audit tələblərinin tətbiq edilməsi;
Texniki sənədlərin, funksional təsvirlərin, sxemlərin və istismar təlimatlarının hazırlanması;
İstifadəçilərin və dispetçerlərin təlimində iştirak;
Zəmanət və texniki dəstək mərhələlərində sistemin stabil işinin təmin edilməsi.
Tələblər
Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3+ il təcrübə;
SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi;
PLC proqramlaşdırması üzrə güclü bilik (Siemens S7-1200/S7-1500, TIA Portal; digər istehsalçılar üstünlükdür);
IEC 60870-5-104 və digər telemexanika protokolları (üstünlükdür);
Ən azı bir SCADA/HMI platforması ilə iş təcrübəsi (WinCC / WinCC Unified, Ignition, Wonderware/AVEVA, MasterSCADA, Zenon və ya analoqları);
Elektrik və avtomatika çertyojlarını (prinsipial, qoşulma və montaj sxemləri, spesifikasiyalar) oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN);
I/O siyahılarının, siqnal və registr xəritələrinin hazırlanması təcrübəsi;
Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması haqqında bilik;
Sınaqlarının aparılması və istismara vermə (commissioning) təcrübəsi;
İstifadəçi rolları və giriş nəzarəti prinsipləri haqqında anlayış;
Texniki sənədləşdirmə (texniki tapşırıq, funksional təsvir, istismar təlimatı) hazırlamaq bacarığı;
Sifarişçi və podratçılarla texniki səviyyədə kommunikasiya aparmaq bacarığı;
Asan ünsiyyət qurmaq bacarığı;
Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
Avtomatika, elektrik mühəndisliyi, elektronika və ya oxşar ixtisas üzrə ali təhsilli olmaq;
Texniki ingilis dili biliyi (rus dilini bilənlərə üstünlük verilir);
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq.
MODBUS TCP/RTU;
PROFINET / PROFIBUS;
OPC UA / OPC DA;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
