Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

SOCAR Upstream MI LLC

Qazma əməliyyatları üzrə supervayzer

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını təmin etmək, təhlükəsizlik müşavirələri keçirmək, auditlər aparmaq, beləliklə, sahədə təhlükəsizlik standartlarını tətbiqinə əminliyi təmin etmək; Quyu proqramı və təhlükəsizlik qaydalarına müvafiq olaraq, bütün quyu sahəsi əməliyyatlara rəhbərlik etmək; peşəkar inkişaf proqramların təşkili və idarə edilməsi; Qazma podratçılarının razılaşdırılmış şərtlərə riayət etməsini təmin etmək; Quyu əməliyyatlarındakı fəaliyyətlər üzrə sahədə qazma briqadaları, podratçılar və mühəndislərlə müştərək formada işləmək; Əməliyyat parametrlərinə nəzarət etməklə, performansın optimallaşdırılmasını tənzimləmək; Buruqda mal-materialların təminatına, işçilərin və podratçıların sahədə olmasına, avadanlıqların hazır vəziyyətdə saxlanmasına nəzarət etmək; Şəxsi heyətin, avadanlıqların və materialların koordinasiyası da daxil olmaqla, əməliyyat logistikasını idarə etmək; Əməliyyat zamanı yaranan problemləri aradan qaldırmaq və zəruri hallarda düzəldici tədbirlər görmək; Növbəti həftənin qazma planını və gündəlik qazma hesabatlarını hazırlamaq, həmçinin xərcləri izləmək və performans qeydlərini aparmaq; Daha az təcrübəli işçilərə və qazma komandasına mentorluq etmək; Əməliyyat nəzarətçisi və digər komanda üzvləri ilə əməkdaşlıq edərək, mütəmadi olaraq çevik məlumat mübadiləsini təmin etmək və problemlərin səbəbini müəyyən etmək, həlli üzrə təkliflər formalaşdırmaq; Əsaslandırılmış qərarlar vermək məqsədi ilə digər xidmətlərin (yataqların idarə edilməsi, texniki qulluq, etibarlılıq və bütövlük, təmir-tikinti, SƏTƏMM və s.) mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək. Tələblər Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Qazma mühəndisliyi və ya quyu əməliyyatları üzrə minimum 5 il iş təcrübəsi; Qazma qurğularının iş prinsipləri, quyu idarəetmə sistemləri və təhlükəsizlik avadanlıqları haqqında dərin texniki biliklər; Əməliyyatların təhlükəsizlik tələblərinə uyğun və səmərəli şəkildə idarə edilməsi bacarığı; Planlaşdırma proqramları ilə işləmə bacarığı; Beynəlxalq səviyyəli sertifikatların (IWCF, IADC WellSharp və s.) olması arzuolunandır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.