Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

SAMT LLC

Köməkçi qurğular üzrə texnik

SumqayıtMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsinə nəzarət etmək, gündəlik baxışlar aparmaq; Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək; Avadanlıqlarda nasazlıqları, sızma, vibrasiya və digər problemləri vaxtında müəyyən edib aradan qaldırmaq; Filtr, klapan, podşipnik, mufta, kəmər və digər mexaniki hissələrin texniki xidmətini və dəyişdirilməsini həyata keçirmək; Su hazırlama, kondensat və soyudulmuş su sistemlərinin texniki vəziyyətinə nəzarət etmək; Planlı-preventiv texniki xidmət və təmir işlərini qrafikə uyğun yerinə yetirmək; Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yenidən yığılmasını həyata keçirmək; Vibrasiya, temperatur, ultrasəs və digər texniki ölçmələrdə iştirak etmək; Görülən texniki xidmət və təmir işlərini müvafiq jurnallarda qeyd etmək; Kinematik, pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq; Təkrarlanan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qarşısının alınması üçün tədbirlər təklif etmək; Əməyin mühafizəsi, LOTO və müəssisədaxili təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər Mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək; İstehsalat mexanika texnik kimi təcrübə - 3 il; Kompressor, nasos, qazan, Chiller, AHU və ventilyasiya sistemlərinə texniki xidmət göstərmək; Avadanlıqlarda nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Planlı-preventiv texniki xidmət və təmir işlərini həyata keçirmək; Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək; Vibrasiya, temperatur, sızma və digər texniki göstəricilərə nəzarət etmək; Pnevmatik və hidravlik sistemlərdə nasazlıqları aradan qaldırmaq; Görülmüş işləri texniki xidmət jurnallarında qeyd etmək; Əməyin mühafizəsi, LOTO və təhlükəsizlik qaydalarına riayət etmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.