Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

PAŞA Sığorta

Strategiya və Planlaşdırma şöbəsinin rəhbəri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin strategiyasının hazırlanmasını, yenilənməsini və icrasının koordinasiyasını təmin etmək. Strateji təşəbbüsləri formalaşdırmaq, prioritetləşdirmək və icrasına nəzarət etmək. Bazar, rəqib və makroiqtisadi mühiti təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək. İllik büdcə və biznes planlaşdırma prosesinə rəhbərlik etmək. Plan-fakt təhlilləri, maliyyə proqnozları və ssenari analizləri hazırlamaq. Rəhbərlik, İdarə Heyəti və digər idarəetmə orqanları üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq. Funksiyalararası koordinasiyanı təmin etmək və şöbə əməkdaşlarının inkişafını dəstəkləmək. Tələblər Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi və ya oxşar sahə üzrə ali təhsil. Strateji idarəetmə, biznes planlaşdırma, büdcələmə və ya maliyyə sahəsində minimum 5 il iş təcrübəsi. Rəhbər vəzifədə minimum 3 il təcrübə. Güclü analitik düşünmə və strateji baxış. Layihələrin idarə edilməsi və funksiyalararası koordinasiya bacarığı. MS Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI biliyi üstünlükdür. Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı. Rus dili üstünlükdür. Liderlik və məsuliyyətlilik. Nəticəyönümlülük. Güclü kommunikasiya və təqdimat bacarığı. Dəyişikliklərə çevik uyğunlaşma. Komanda ilə işləmək və qərarvermə qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.