Vakansiya haqqında
Əsas vəzifələr
Qida xammallarının şirniyyat, qənnadı və unlu məmulatlar istehsal edən müəssisələrə təqdimatını və satışını həyata keçirmək;
Mövcud və potensial müştərilərin istehsal sahələrinə mütəmadi səfərlər edərək onların xammal ehtiyaclarını və istehsal proseslərini öyrənmək;
Xammalların texniki xüsusiyyətləri, keyfiyyət göstəriciləri və tətbiq sahələri barədə müştərilərə ətraflı məlumat vermək;
Xammalların məhsul hazırlanması prosesində istifadə qaydaları, tətbiq xüsusiyyətləri və texnoloji tələbləri üzrə texniki məsləhət vermək;
Mövcud müştərilərlə davamlı əlaqələri, satış sonrası texniki dəstəyi və müştəri məmnuniyyətinin izlənilməsini təmin etmək;
Yeni xammalların demo nümayişlərini həyata keçirmək və istehsalçılar tərəfindən sınaqdan keçirilməsinə və istifadəsinə dəstək göstərmək;
Sektorda xammallara olan tələbatı və bazardakı dəyişiklikləri araşdırmaq, istehsalçıların tələblərinə uyğun xammal ehtiyaclarını aidiyyəti şöbəyə təqdim etmək və prosesə dəstək göstərmək;
Yeni təqdim olunan xammalların satış dinamikasını izləmək, müvafiq statistik məlumatları hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək;
Cavabdeh olduğu kateqoriyalar üzrə rəqabət mühitini yaxından izləmək, rəqiblərin fəaliyyəti ilə bağlı əldə olunan məlumatları təhlil etmək və zəruri tədbirlərin müəyyənləşdirilməsi üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (Qida mühəndisliyi ixtisası üzrə təhsil üstünlükdür);
Şirniyyat, qənnadı, unlu məmulatlar və ya digər qida məhsullarının hazırlanması/istehsalı sahəsində praktiki iş təcrübəsi;
Qida xammallarının keyfiyyət göstəriciləri, laboratoriya analizləri, məhsul spesifikasiyaları və qida təhlükəsizliyi tələbləri barədə anlayış;
B2B satış, texniki satış və ya müştərilərlə iş sahəsində təcrübə;
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq, həmçinin texniki məlumatları müştəriyə aydın və düzgün şəkildə çatdırmaq bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq;
İngilis və rus dili bilikləri üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
