Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi

Mexanizasiya üzrə baş mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi; Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və icrasına nəzarət olunması; Aqrotexniki tədbirlərin (şum, səpin, dərmanlama, məhsul yığımı və s.) v axtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ planlaşdırılması və bölüşdürülməsi; Ehtiyat hissələri, sürtkü yağları və yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və normativlərə uyğun xərcinə nəzarət edilməsi; Texnikaların GİS-monitorinq sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata keçirilməsi; İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması; Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması; Regionlarda yerləşən istehsalat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi; Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi; Xidməti zərurətlə əlaqədar ehtiyac yaranarsa regionlara ezamiyyələrdə iştirak edilməsi Tələblər Təhsil: Ali (Nəqliyyat, mexanika və ya logistika); İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür); Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir; Kənd təsərrüfatı texnikaları, aqreqatların quruluşu və iş prinsipi haqqında dərin biliklər; Yanacaq və ehtiyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi; MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər. Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə bacarığı; Planlaşdırma və resursları səmərəli idarəetmə qabiliyyəti; Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları; Dəqiqlik və detallara diqqət qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.