Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Socar

Şöbə rəisi (SƏTƏMM və Keyfiyyətə Nəzarət Şöbəsi)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İdarənin struktur bölmələrində əməyin mühafizəsi, təhlükəsizlik, ekologiya və keyfiyyət tələblərinə əməl olunmasına nəzarət etmək, nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək; Həyat və sağlamlıq üçün təhlükə yarandıqda işlərin dayandırılması və təhlükənin aradan qaldırılması barədə rəhbərliyə təklif vermək; Əməyin təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın (DFK) fəaliyyətini, illik planın hazırlanmasını və əmək şəraitinin yoxlanılmasını təşkil etmək; Əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinin hazırlanması və icrasına, obyektlərin sanitar vəziyyətinə, sanitariya normalarına, fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabı ilə təminata nəzarət etmək; Əməyin mühafizəsi, təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə normativ sənəd, təlimat və standartların hazırlanmasında iştirak etmək; İdarə və sahələrin təhlükəsizliyi təmin edən avadanlıq və mühafizə vasitələri ilə təminatına nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə təlim və təlimatlandırmanı təşkil etmək, biliklərin yoxlanılmasında iştirak etmək; Yeni işçilər, ezamiyyətə gələnlər və təcrübəçilər üçün giriş təlimatının keçirilməsini təmin etmək; Sahələrdə təhlükəsizlik, ekologiya və keyfiyyət üzrə yığıncaqların keçirilməsini, göstərişlərin verilməsini və normativ-metodiki sənədlərlə təminatı təşkil etmək; Bədbəxt hadisələrin təhqiqi və uçotuna, zədələnmə və peşə xəstəliklərinin səbəblərinin araşdırılmasına və qabaqlayıcı tədbirlərə nəzarət etmək; Vahid İdarəetmə Sistemi üzrə hesabat, arayış və məlumatların hazırlanmasını və təqdim edilməsini təmin etmək; Kollektiv müqavilənin əməyin mühafizəsi bölməsinin, dövlət nəzarət orqanlarının göstərişlərinin və təhlükəsiz əmək şəraiti tədbirlərinin icrasına nəzarət etmək; İşçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsinə nəzarət etmək. Tələblər Müvafiq sahə üzrə ali təhsil və müvafiq sahə üzrə 5 il iş təcrübəsi. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununu; Sanitariya-epidemiioji sağlamlıq haqqında Azərbaycan Respublikasının Qanununu; Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasınin Qanununu; Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununu; Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, ”Əmək Şəraitinin Vəziyyətinə Müəssisə Nəzarəti Haqqında Əsasnamə; Əmək şəraitinin zərərliliyinə görə əlavə güzəştlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli qərarı; "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu; ISO 9001 “Keyfiyyətli idarəetmə sistemi” üzrə Standart, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” üzrə standart, ISO 45001 "Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi" üzrə standartı; ISO 50001 "Enerji idarə edilməsi sistemi" üzrə Standart, ISO 10002 "Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması" üzrə standartı; “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı; Ətraf mühitin qorunması və əməyin mühafizəsiə dair digər normativ аktlаrı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.