Vakansiya haqqında
Əsas vəzifələr
Logistika əməliyyatları və proseslərini təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Yüklərin daşınması üçün optimal logistika marşrutlarını və multimodal həlləri müəyyən etmək;
Layihə, iriölçülü və ağırçəkili yüklərin daşınması üzrə logistika həllərinin hazırlanmasında iştirak etmək;
Logistika xərclərini təhlil etmək və optimallaşdırma imkanlarını müəyyən etmək;
Logistika xidmət təminatçıları və onların təkliflərinin texniki qiymətləndirilməsində iştirak etmək;
Logistika layihələri üzrə planlaşdırma, koordinasiya və monitorinq işlərini həyata keçirmək;
Logistika üzrə məlumatları təhlil etmək, hesabatlar və təqdimatlar hazırlamaq;
Logistika KPI-larının monitorinqində iştirak etmək;
SOCAR-ın struktur bölmələri və Qrup müəssisələri ilə logistika məsələləri üzrə koordinasiya aparmaq;
Logistika proseslərində riskləri, əlavə xərcləri və prosesdən kənarlaşmaları müəyyən etmək və onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
Logistika proseslərinin standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
Tələblər
Logistika, nəqliyyat, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi ;
Logistika və ya təchizat zənciri sahəsində 5 il iş təcrübəsi;
Beynəlxalq və multimodal daşımalar üzrə bilik və təcrübə;
Layihə logistikasında təcrübə üstünlükdür;
Logistika xərclərinin və marşrutların təhlili üzrə bacarıq;
Təyin edilmiş kateqoriya üzrə əsas məhsullar, təchizatçılar və xidmətlər daxil olmaqla, kateqoriyanın xüsusiyyətləri barədə yaxşı anlayış;
CIPS, APICS CSCP/CLTD, FIATA, PMP və ya logistika və layihələrin idarə edilməsi üzrə digər beynəlxalq sertifikatların olması üstünlükdür;
Güclü analitik düşüncə, kommunikasiya və problem həll etmə bacarığı;
Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır);
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Peşəkar iş mühiti;
Peşəkar inkişaf və karyera imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
