Vakansiya haqqında
Əsas vəzifələr
İllik büdcələrin, dövri proqnozların və uzunmüddətli maliyyə planlarının hazırlanmasında və monitorinqində iştirak etmək;
Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq, maliyyə göstəricilərini təhlil etmək;
Büdcə və faktiki nəticələri arasındakı kənarlaşmaları təhlil etmək və əsas səbəbləri müəyyənləşdirmək;
Maliyyə və əməliyyat göstəriciləri üzrə tendensiyaları, riskləri və inkişaf imkanlarını müəyyən etmək;
Maliyyə modellərinin, idarəetmə panellərinin və hesabat alətlərinin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
Ay sonu və il sonu bağlanış və hesabatlılıq proseslərinə dəstək olmaq;
Maliyyə məlumatlarının toplanması, yoxlanılması və uzlaşdırılması proseslərində aidiyyəti komandalarla əməkdaşlıq etmək.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
ACCA F3 sertifikatı;
ACCA F7 arzuolunandır;
Büdcələmə, maliyyə hesabatlılığı, FP&A və ya korporativ maliyyə sahəsində ən azı 2 il iş təcrübəsi;
Microsoft Excel proqramında qabaqcıl səviyyədə işləmə və maliyyə modelləşdirilməsi bacarığı;
ERP sistemləri, o cümlədən SAP, SQL, Microsoft Dynamics və ya analoji platformalarla iş təcrübəsi üstünlükdür;
Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır;
Analitik və tənqidi düşüncə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
